Maskın Trampın aksiyasında tullanması gündəm oldu - Video
Bizi izləyin

ABŞ

Maskın Trampın aksiyasında tullanması gündəm oldu - Video

ABŞ-ın keçmiş prezidenti Donald Tramp ona qarşı sui-qəsd təşkil edilən yerdə yenidən seçki aksiyası keçirib.

Publika.az xəbər verir ki, mitinqdə Trampı müşayiət edən amerikalı milyarder İlon Maskın bəzi hərəkətləri sosial mediada gündəm olub. Tramp aksiya zamanaı İlon Maskı səhnəyə dəvət edərək, onu “ifadə azadlığını xilas edən” və “raket istehsalçısı” kimi təqdim edib.

Mask səhnəyə qara rəngli “Make America Great Again” şlyapası və “Occupy Mars” köynəyində çıxıb. Onun səhnədəki bəzi hərəkətləri sosial mediada sürətlə yayılaraq müxtəlif zarafatlara səbəb olub. O, səhnəyə çıxarkən sevincli şəkildə bir neçə dəfə tullanıb və insanlara əl edib.

Sosial media istifadəçiləri Maskı “indiyə qədər ən yaxşı tullanan adam” kimi xarakterizə ediblər.

View this post on Instagram

A post shared by TRT Haber (@trthaber)

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm