Nida Xəbər
Azərbaycan Rusiya ilə saziş imzaladı
Azərbaycan və Rusiya arasında “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə tranzit yükdaşımaların inkişafı məqsədilə əməkdaşlıq haqqında Saziş imzalanıb.
Publika.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, saziş nazir Rəşad Nəbiyevin Rusiyaya işgüzar səfəri çərçivəsində imzalanıb.
Məlumata görə, dəmiryolu infrastrukturunun və tranzit daşımalarının inkişafı üzrə əməkdaşlığın şərtlərini müəyyən edən sazişin məqsədi nəqliyyat əlaqələrinin səmərəliliyini yüksəltmək və “Şimal-Cənub” dəhlizinin Qərb marşrutunun potensialını artırmaq, eləcə də, dəmiryol nəqliyyatı ilə yüklərin daşınma həcminin artmasını stimullaşdıracaq və daşıma həcmlərinin artım tempi ilə dəmiryol nəqliyyatı infrastrukturunun inkişafı arasında balansı təmin etməkdir.
Səfər zamanı R. Nəbiyev, Rusiya hökuməti sədrinin müavini Vitali Savelyev və nəqliyyat naziri Roman Starovoytun iştirakı ilə görüş keçirilib. Görüşdə həmçinin avtomobil daşımalarının həyata keçirilməsi üçün müzakirələr aparılıb.
-
Nəqliyyat06:46Bakının parkinq böhranı necə həll oluna bilər? - Video
-
ABŞ04:30ABŞ İranda quru əməliyyatını müzakirə edib - Son qərar nə oldu?
-
Qoroskop02:19Günün ulduz falı: daxili səsinizin sizə yol göstərməsinə icazə verin!
-
Hadisə01:40Qəbələdəki güclü zəlzələ kameralara bu cür düşdü - Anbaan video
-
Magazin112 İyun 23:35Zeynəb Xanlarova: Şəklə ərə getdim, görüşmədim - Video
-
Hadisə12 İyun 21:51Naxçıvana uçan təyyarələr Bakıya qayıtdı
-
İdman12 İyun 21:3911 klub “Turan Tovuz”la bağlı CAS-a müraciət etdi
-
İKT12 İyun 18:40Feysbuk və İnstaqram çökdü - Yeniləndi










.jpg)














.jpg)










