Rəsmi xronika
İlham Əliyev Almaniya prezidentinə başsağlığı verdi
Azərbaycan Prezidenti İlham Əliyev Almaniyanın Maqdeburq şəhərində Milad yarmarkası zamanı baş verən faicəli hadisə ilə bağlı başsağlığı verib.
Publika.az xəbər verir ki, Azərbaycan Prezidentinin məktubunda deyilir:
"Maqdeburq şəhərindəki Milad yarmarkasında baş vermiş faciəli hadisə nəticəsində insanların həlak olması və xəsarət alması xəbəri bizi son dərəcə sarsıtdı. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Almaniya xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm".
Qeyd edək ki, ötən gün Maqdeburq şəhərində naməlum şəxsin idarə etdiyi avtomobili Milad yarmarkasındakı izdihamın üzərinə sürməsi nəticəsində 11 nəfər ölüb, 80-dək insan xəsarət alıb. Məlumata görə, avtomobili idarə edən şəxs saxlanılıb və onun 1974-cü il təvəllüdlü Səudiyyə Ərəbistanından olduğu müəyyən edilib.
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?
-
Sağlamlıq10:50
Təzə və ya köhnə olduğu bilinməyən çərəzlər: Bizi hansı təhlükə gözləyir?
-
Rəsmi xronika10:20
İlham Əliyev Almaniya prezidentinə başsağlığı verdi
-
Art09:36
Azərbaycanda aktyor vəfat etdi - Foto
-
Hadisə07:55
Azərbaycan-Ermənistan sərhədində ard-arda 3 zəlzələ baş verdi - YENİLƏNDİ
-
İdman06:16
Bundesliqanın “su qiymətinə” olan 10 futbolçusu
-
Avropa02:43
Ərdoğan əsirlikdən azad etmişdi, Zelenski səfir göndərir