ABŞ qırıcısı qəzaya uğradı: Pilotlar itkin düşüb
Bizi izləyin

ABŞ

ABŞ qırıcısı qəzaya uğradı: Pilotlar itkin düşüb

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “EA-18G Growler” qırıcı təyyarəsi ölkənin qərb sahilində, Vaşinqton ştatında qəzaya uğrayıb.

Publika.az xəbər verir ki, bu barədə “Seattle Times” qəzeti məlumat yayıb.

Qəzet ABŞ Hərbi Dəniz Qüvvələrinə istinadən yazır: "Çərşənbə axşamı ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “EA-18G Growler” təyyarəsi təlim uçuşu zamanı Raynirr dağının şərqində qəzaya uğradıqdan sonra iki pilot itkin düşüb".

Qəzetin məlumatına görə, qəza yerini müəyyənləşdirmək və pilotları axtarmaq üçün Hərbi Dəniz Qüvvələrinə məxsus helikopter gətirilib. İtkin düşənlərin adları açıqlanmır.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm