Harris Baydenin siyasi kursunu davam etdirməyəcək
Bizi izləyin

ABŞ

Harris Baydenin siyasi kursunu davam etdirməyəcək

ABŞ-ın vitse-prezidenti və Demokratlar Partiyasının namizədi Kamala Harris noyabrda keçiriləcək prezident seçkilərində qalib gəlsə, hazırkı prezident Co Baydenin kursunu davam etdirməyəcək.

Publika.az xəbər verir ki, Harris bunu "Fox News"a müsahibəsində deyib.

"Mənim prezidentliyim Bayden prezidentliyinin davamı olmayacaq və səlahiyyət müddətinə başlayan hər hansı digər prezident kimi mən də öz həyat və peşəkar təcrübəmi, yeni ideyalarımı gətirəcəyəm", - deyə ABŞ vitse-prezidenti bildirib.

Harris Baydenin kursunu davam etdirmək istəmədiyini söyləyib. Çünki o, "yeni liderlər nəslini" təmsil edir. Demokrat namizədin sözlərinə görə, hazırkı ABŞ liderindən fərqli olaraq, onun siyasi karyerasının böyük hissəsi Vaşinqtondan kənarda keçib.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm