Bayden Almaniyaya səfər etdi
Bizi izləyin

ABŞ

Bayden Almaniyaya səfər etdi

ABŞ Prezidenti Co Bayden Almaniyaya səfər edib.

Publika.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Ötən gecə Amerika liderinin təyyarəsi "Air Force One Berlinə" eniş edib.

Oktyabrın 16-da Ağ Evin mətbuat katibi Karin Jan-Pyer bildirib ki, səfər zamanı Amerika liderinin Almaniya kansleri Olaf Şolts və ölkə prezidenti Frank-Valter Ştaynmayerlə görüşü planlaşdırılıb.

Onun sözlərinə görə, Bayden Almaniya rəhbərliyi ilə təkcə ikitərəfli məsələləri deyil, həm də beynəlxalq gündəmi, o cümlədən Ukrayna böhranını müzakirə etmək niyyətindədir.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm