Trampın etirazlara səbəb olan kampaniyası: Harrisi belə təhqir etdilər
Bizi izləyin

ABŞ

Trampın etirazlara səbəb olan kampaniyası: Harrisi belə təhqir etdilər

ABŞ-da noyabrın 5-də keçiriləcək seçkilərdə Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Trampın Nyu-York mitinqində demokrat rəqibi Kamala Harrisə qarşı irqçi ritorika, təhqir və böhtanlar səslənib.

Publika.az xəbər verir ki, Tramp Nyu-Yorkun dünyaca məşhur “Madison Square Garden” qapalı idman salonunda mitinq keçirib.

Mitinq zamanı keçmiş amerikalı güləşçi Hulk Hoqan əli ilə işarə edərək Harrisin kişilərlə yataraq olduğu yerə çatdığını bildiririb. Tramp isə rəqibi Harrisi “İQ səviyyəsi aşağı olan şəxs” adlandırıb.

Komediya ustası Toni Hinçkliffin çıxışı isə gecənin ən çox qəzəbə səbəb olan çıxışı olub. Onun “Hazırda okeanın ortasında sanki bir zibil adası üzməkdədir. Zənnimcə, onun adı Puerto Rikodur” deməsi səs-küyə səbəb olub.

Reaksiyalardan sonra Trampın seçki kampaniyasının sözçüsü Danielle Alvarez açıqlama verib: “Bu zarafat Trampın və ya kampaniyanın fikirlərini əks etdirmir”.

Bütün bunlardan sonra Harris “X” sosial şəbəkəsində bu paylaşımı edib: “Uzun müddətdir Puerto Rikoya və Puerto Riko xalqına sadiqəm. Gəlin birlikdə daha yaxşı gələcək quraq”.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm