ABŞ
Baydendən İranla bağlı QƏRAR: Müddət uzadıldı
ABŞ İrana qarşı birtərəfli sanksiyaları nəzərdə tutan fövqəladə vəziyyəti bir il müddətinə uzadıb.
Publika.az xəbər verir ki, prezident Co Bayden bununla bağlı qərar qəbul edib.
Ağ Evin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir:
“ABŞ İranla münasibətləri hələ də normallaşdırılmayıb və 19 yanvar 1981-ci il tarixli ikitərəfli razılaşmaların icrası prosesi davam edir. Bu səbəblə 1979-cu il noyabrın 14-də elan edilmiş milli fövqəladə vəziyyət, eləcə də bu fövqəladə vəziyyətə qarşı mübarizə üçün o zaman tətbiq edilmiş tədbirlər 2024-cü il noyabrın 14-dən sonra da qüvvədə qalmalıdır”.
Qeyd edək ki, bəyanatda bəhs edilən fövqəladə vəziyyət 14 noyabr 1979-cu ildə ABŞ-ın o vaxtkı prezidenti Cimmi Karter tərəfindən elan olunub. O, Tehranda amerikalıların girov götürülməsinə cavab olaraq ABŞ Maliyyə Nazirliyinə İranın ABŞ-dakı bütün rəsmi holdinqlərini, o cümlədən ABŞ banklarındakı hesabları və onların xarici şöbə və filiallarını bloklamağı nəzərdə tutan fərman imzalayıb.
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial26 Dekabr 19:20
Ramiz Tatarov azadlığa çıxdı