ABŞ
Trampdan böyük etiraf: Bütün Yaxın Şərqi bombaladıq, hər şeyi məhv etdik
Seçki kampaniyası çərçivəsində qatıldığı proqramda çıxış edən Donald Tramp keçmişdə müharibələrin ölkələrə qənimət gətirdiyini, lakin ABŞ-ın bütün Yaxın Şərqi bombalamasına baxmayaraq heç nəyə nail ola bilmədiyini açıqlayıb.
Publika.az xəbər verir ki, noyabrın 5-də ABŞ-da keçiriləcək prezident seçkiləri üçün geri sayım başlayıb.
Seçkilərin ən mübahisəli adı olan Respublikaçı namizəd Tramp Teyker Karlsonun idarə etdiyi proqramda namizədliyi ilə bağlı açıqlamalar verib.
Co Bayden və Kamala Harrisin ölkə demokratiyası üçün böyük təhlükə yaratdığını iddia edən Tramp proqramda ABŞ hökumətinin Yaxın Şərqdə dəstəklədiyi müharibələrlə bağlı təəccüblü etiraflar edib.
“Administrasiyaya görə ölkənin vəziyyəti çox pisləşib. Biz dağılan bir cəmiyyətik”,- deyə o bildirib.
ABŞ hökumətinin 36 trilyonu keçən federal borcuna toxunan Tramp deyib ki, Amerika artıq döyüşmək üçün girdiyi torpaqlardan heç nə əldə edə bilməz:
"Keçmişdə müharibə qazanılanda zəfər qənimətləri var idi, eləmi? Deməli, bir ölkəni məğlub edəndə, o ölkənin üzərində haqqa sahib olursunuz, neftini alırsınız, hər yeri bombalayırsınız, sonra da gedirsiniz. İndi düşünəndə belə çıxır ki, biz həqiqətən nə edirik? Biz Yaxın Şərqi bombaladıq, sonra oranı tərk etdik. Nəyə nail olduq? Heç nəyə. Sadəcə biz hər şeyi məhv etdik”.
Roza
-
Magazin120:10
Dostları Azərin vəziyyəti ilə bağlı AÇIQLAMA YAYDI - FOTO
-
Magazin119:36
“Çıxışlarım son anda təxirə salınır”
-
Magazin118:48
Azər Baxşəliyev sağdır - Həkimlərdən SON DƏQİQƏ AÇIQLAMASI - YENİLƏNDİ
-
Rəsmi xronika17:52
İlham Əliyev Monteneqro prezidentinə başsağlığı verdi
-
Maraq dünyası17:06
Bu bürclərə şad xəbər - İlan ili sizi sevindirəcək
-
Rəsmi xronika16:17
Prezident ailə üzvləri ilə Şahdağ Turizm Kompleksində - YENİLƏNDİ / FOTO
-
Dünya16:00
Dünyanın ən güclü xüsusi təyinatlıları - SİYAHI
-
Sosial15:10
Əhali üçün təbii qazın qiyməti bu qədər oldu