ABŞ
Tramp üçün mərc: amerikalılar bu qədər pul yatırdılar
ABŞ-da prezident seçkilərinə saatlar qalmış mərc saytlarında, eləcə də sorğu şirkətləri və mediada hansı namizədin qalib gələcəyi ilə bağlı ciddi müzakirələr gedir.
Publika.az xəbər verir ki, ABŞ-ın ən böyük birjalarından biri olan “Kalshi”yə görə, amerikalılar qanuni olaraq prezident seçkilərinə 123 milyon dollardan çox pul qoyurlar.
“Kalshi”yə mərc edənlərin əksəriyyəti keçmiş prezident Donald Trampın qalib gələcəyini gözləyir. Cümə gününə olan məlumata görə, mərc edənlər Trampın udmaq ehtimalının 48 faiz olduğunu bildiriblər.
Trampın qazanma ehtimalı kriptovalyuta ticarət platforması “Polymarket” və Böyük Britaniyada yerləşən iki böyük mərc platforması “Sporting Index” və “Betfair Exchange”də də 59 faizdən yuxarı olub.
Bu ilki seçki mövsümündə mərc oyunları qanuniləşib. Qanuniləşmədən əvvəl platformalarda milyonlarla dollar toplandığı düşünülür.
Demokratların namizədi Kamala Harris və Respublikaçılar Partiyasının namizədi Donald Trampın gərgin mübarizə apardığı seçkilərin yaxın tarixin ən rəqabətli mübarizələrindən biri olacağı gözlənilir
Roza Şəfiyeva
-
Hadisə13:07Mingəçevirdə körpəsini zirzəmiyə atan ana saxlanıldı
-
Hadisə11:34Biləsuvarda ölən 5 nəfərin adı məlum oldu - YENİLƏNİB
-
Səhiyyə11:24Alimlər siqaretlə bağlı məşhur mifi puç etdilər
-
Tarix10:11Astarada Səfəvilərə aid döyüş bayrağının başlığı aşkarlandı - VİDEO
-
MDB10:00Avtovağzalda dəhşət: Bıçaqla insanlara hücum etdi
-
Digər09:30Daşqın və sürüşmə 900 can aldı
-
İdman08:36Messi karyerasında 48-ci kubokunu qazandı
-
ABŞ08:12Pentaqondan NÜVƏ XƏBƏRDARLIĞI - “Trampın rəhbərliyi altında...”


































.jpg)



