Sosial
Təyyarə qəzasından 4 gün sonra ayılan Mahirdən XƏBƏR VAR

AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması nəticəsində xəsarət alan və hadisədən 4 gün sonra ayılan Zaqatala rayonu, Danaçı kənd sakini Mahir Carayev xəstəxanadan evə buraxılıb.
Publika.az Report-a istinadən xəbər verir ki, o, Bakıda müalicə aldığı xəstəxanadan buraxılıb və Zaqatalaya qayıdıb.
M.Carayev qəza ilə bağlı bildirib ki, hadisədən sonra huşunu itirdiyindən baş verənləri dəqiq xatırlamır:
"Dekabrın 25-i Qroznıya uçmaq üçün bilet almışdım. Bakıda təyyarəyə mindik, bir saata eniş etməli idik. Təyyarə eniş etməyə çalışanda qəza baş verdi. Həmin vaxt biz nə baş verdiyini dəqiq bilmədik. Xeyli vaxtdan sonra təkrar eniş etməyə çalışsaq da, bu, alınmadı. Sonra baş verənlər yadıma gəlmir. Bir də Qazaxıstandan Azərbaycana göndəriləndə özümə gəldim. Reanimasiyada olduğum vaxtlar yadımdadır".
Zaqatala sakini deyib ki, qəzadan sonra dövlət tərəfindən yüksək qayğı ilə əhatə olunub.
Qeyd edək ki, əvvəlcə M.Carayevin öldüyü güman edilirdi.
Xatırladaq ki, dekabrın 25-də "Azərbaycan Hava Yolları" aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsi Aktau şəhərinin yaxınlığında qəzaya uğrayıb. Hadisə nəticəsində 38 nəfər həlak olub, 29 nəfər isə yaralanıb.
İlkin məlumata görə, təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.

-
Sosial05:15
Goranboyda qəzada həlak olan gəncin gələn ay toyu olacaqmış - FOTO
-
Magazin203:43
“Muhteşem Yüzyıl”ın ulduzu Kremldə çıxış edəcək
-
Nida Xəbər 01:21
AzTV-nin efirində Rusiyanın ünvanına ağır söyüşlər - VİDEO
-
MDB00:00
AİLƏ FACİƏSİ - Nənə və nəvəsi yanaraq öldü, mənzil isə külə döndü
-
Hadisə9 Fevral 23:48
Suda batan 23 yaşlı Cavidin FOTOLARI
-
Magazin19 Fevral 23:36
“Əqrəb mövsümü”nün aktrisası “Səs”ə qatıldı - VİDEO
-
Magazin29 Fevral 23:00
SSRİ xalq artisti 95 yaşında VƏFAT ETDİ - FOTO
-
Hadisə9 Fevral 22:36
Qəbələdə buzlu yol təhlükəli vəziyyət yaratdı - ANBAAN VİDEO