ABŞ
Tramp qələbəyə hazırlaşdığını BƏYAN ETDİ
Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp özünün "Truth Social" sosial şəbəkəsində videomüraciət yayıb.
Publika.az xəbər verir ki, o, prezident seçkilərində böyük qələbə gözlədiyini bildirib.
“Bu axşam bizi böyük qələbə gözləyir”, - deyə siyasətçi bildirib.
Tramp həmçinin Respublikaçılar Partiyasının tərəfdarlarını səsverməni davam etdirməyə, növbələrə durmağa və iradə ifadə olunana qədər seçki məntəqələrini tərk etməməyə çağırıb.
Bundan bir qədər əvvəl siyasətçi tərəfdarlarının seçkilərdən sonra iğtişaş törətməyəcəyinə əmin olduğunu bildirib, çünki onlar zorakı insanlar deyil.
Xatırladaq bu gün - noyabrın 5-də ABŞ-da 60-cı prezident seçkiləri başlayıb. Hazırkı vitse-prezident Kamala Harris bu vəzifəyə Demokratlar Partiyasından namizədliyini irəli sürür. Ağ Evin keçmiş rəhbəri Donald Tramp Respublikaçılar Partiyasının namizədi olub. Co Bayden prezidentlik yarışından imtina etdikdən sonra 78 yaşlı Tramp bu posta ən yaşlı namizəd olub. Siyasətçi qalib gəlsə, bu, onun ikinci müddətinə çevriləcək, o zaman qanuna görə yenidən prezidentliyə namizəd ola bilməyəcək.
Hüseyn İbadlı
-
Qoroskop01:40Bu bürclərin həyatında köklü dəyişikliklər olacaq
-
Kriminal24 Avqust 23:00Canlı yayımda söyüş söydü, həbs edildi
-
Elm və təhsil24 Avqust 22:04Ana və iki övladı eyni vaxtda tələbə oldu - Foto
-
Kriminal24 Avqust 20:00İkisi də spirtli içki aludəçisi imiş... - Bakıda qadının ərini öldürməsinin təfərrüatları
-
Elm və təhsil24 Avqust 19:10Neçə nəfər ali məktəblərə qəbul olundu? - Rəsmi
-
Elm və təhsil24 Avqust 18:40Universitetlərə ixtisas seçiminin nəticələri açıqlandı
-
Cinayət dünyası24 Avqust 17:16İsraildə “Qafqaz mafiyası”nın başçısı güllələndi: Başına 1 milyon qoyulmuşdu - FOTO
-
MDB24 Avqust 16:55Ukraynada yeni Maydan olacaq? - SENSASİON SSENARİ





















.jpg)













.jpg)

