ABŞ
Mask Trampın seçilməsi üçün bu qədər vəsait xərcləyib
Amerikalı milyarder İlon Maskın təsis etdiyi “Amerika PAC” adlı siyasi fəaliyyət komitəsinin ABŞ seçkilərində Respublikaçılar Partiyasının namizədi Donald Trampın seçilməsi üçün təxminən 200 milyon dollar xərclədiyi iddia edilib.
Publika.az xəbər verir ki, məsələdən xəbəri olan bir şəxs “Associated Press”ə (AP) “Amerika PAC” təşkilatının seçkilərdə Trampa verdiyi dəstəklə bağlı açıqlama verib.
Şəxsin iddiasına görə, “Amerika PAC” Trampın seçilməsi üçün təxminən 200 milyon dollar xərcləyib.
Mask əsas ştatlarda Trampı dəstəkləyən “Amerika PAC” kampaniyasına imza atanlar arasında noyabrın 5-dək hər gün seçilən şəxsə 1 milyon dollar verəcəyini açıqlayıb.
Püşkatmada iştirak etmək üçün qeydiyyatdan keçmiş seçicilər ünvan və telefon nömrəsi kimi şəxsi məlumatlarını təqdim etməli və kompaniyanı dəstəklədiklərini bildirən sənəd imzalamalı olublar.
Filadelfiya rayon prokuroru Larri Krasner " "Amerika PAC" və Mask 1 milyon dollar qazanmaq şansı müqabilində Filadelfiya vətəndaşlarını aldadaraq, şəxsi məlumatlarını ələ keçirirlər" deyərək Maskı qanunsuz lotereya təşkil etdiyi iddiası ilə məhkəməyə verib.
Məhkəmə Krasnerin müvəqqəti qadağan tələbini rədd edərək lotereyanın davam edə biləcəyinə qərar verib.
Roza
-
Kriminal19:05
Azər Qasımlı barədə QƏRAR verildi
-
Dünya18:55
Kamal Kılıçdaroğlu və həyat yoldaşı QƏZAYA DÜŞDÜ
-
Hadisə18:45
Gəncədəki partlayış səsləri ilə bağlı daha bir AÇIQLAMA
-
Nida Xəbər 18:40
Statistika Şurasının YENİ TƏRKİBİ
-
Kriminal18:22
35 milyon manatdan çox vəsaiti ölkəyə qaytarmayan şəxslər İFŞA OLUNDULAR
-
Sosial17:48
MN-dən Seyfəli poliqonu ətrafında yayılan partlayış səsləri ilə bağlı məlumat
-
Hadisə17:10
ANAMA əməkdaşları Füzulidə qəzaya düşdü - Yeniləndi
-
Hadisə16:36
Saatlı sakini bu biznesmenin evindən yarım milyon oğurladı, kazinoda uduzdu