ABŞ
Baydenin milli təhlükəsizlik müşaviri xələfi ilə görüşdü
ABŞ-nin hazırkı prezidentinin milli təhlükəsizlik məsləhətçisi Ceyk Sallivan öz xələfi Mayk Uolts ilə ilk görüşünü keçirib.
Pulika.az xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.
Mənbələrin sözlərinə görə, görüş bu həftənin əvvəlində baş tutub. Bu, ABŞ-nin seçilmiş prezidenti Donald Trampın Uoltsu özünün milli təhlükəsizlik üzrə köməkçisi təyin etmək niyyətində olduğunu bəyan etməsindən sonra ilk görüş olub.
Məlumatda bildirilir ki, “Sallivan və Uolts Qəzzadakı müharibə və HƏMAS-ın girovları məsələsi də daxil olmaqla, milli təhlükəsizlik və xarici siyasət məsələlərini müzakirə ediblər”.
Sallivan noyabrın 13-də Ağ evdə keçirilmiş brifinqdə işlərin təhvil verilməsi zamanı Uoltsu Ukraynada davam edən müharibə, həmçinin İran və Çindən gələn təhdidlər barədə xəbərdar edəcəyini bildirib.
-
İdman15:14Ulduz futbolçu və həyat yoldaşı insan alverində ittiham olunur
-
Qoroskop14:32Bu il 3 bürc üçün çox uğurlu olacaq - Onların yüksəliş dövrü başlayır
-
İqtisadi gündəm14:13Minimum əmək haqqı ilə bağlı təklif: Ən azı...
-
Nida Xəbər 13:46Vidadi Zeynalovun MİLYONLUQ əmlakları hərraca çıxarılır - SİYAHI
-
Nida Xəbər 13:25İlk köç karvanı Xankəndi şəhərinə çatdı - Yeniləndi
-
Rəsmi xronika12:50İlham Əliyevdən Trampa: Dəvəti qəbul edirəm...
-
Nida Xəbər 12:40Tramp Bakı və İrəvan arasındakı razılaşmadan danışdı: Putin inanmadı, mənə dedi ki...
-
ABŞ12:34ABŞ Konqresi seçimini etdi: Venesuelanı o idarə edəcək - FOTO

















.jpg)









.jpg)
.jpg)










