ABŞ
Trampın Ukrayna üzrə nümayəndəsindən Rusiyaya bəd xəbər: Güzəşt olmayacaq
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Ukraynadakı müharibəni “mümkün qədər tez” bitirmək istəyir, lakin o, münaqişənin həllində Rusiya prezidenti Vladimir Putinə güzəştə getmək fikrində deyil.
Publika.az xəbər verir ki, bunu gələcək Amerika liderinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq deyib.
“Məncə, insanlar bilməlidirlər ki, o, nə Putinə, nə də ruslara heç nə verməyə çalışmır. O, Ukraynanı xilas etməyə və onun suverenliyini qorumağa çalışır və bunun ədalətli əmin olacaq”, - Kelloq “Fox News”a müsahibəsində deyib.
Onun sözlərinə görə, istefa verən prezident Co Baydenin “ən böyük səhvi” Putinlə iki ildən artıq danışıqlar aparmaması olub. Kelloq qeyd edib ki, Tramp administrasiyası “prezidentə şərait yaratmağı planlaşdırır” ki, o, həm Ukrayna prezidenti Vladimir Zelenski, həm də Rusiya lideri ilə danışa bilsin.
O, həmçinin bildirib ki, Tramp qarşısına 20 yanvarda andiçmə mərasimindən sonrakı 100 gün ərzində münaqişənin həllini tapmağa çalışmaq üçün “şəxsi və peşəkar” səviyyədə məqsəd qoyub. Bundan əvvəl Trampın özü ümid etdiyini bildirmişdi ki, prezident səlahiyyətlərinin icrasına başladıqdan sonra altı ay ərzində Ukraynada müharibəni dayandıra biləcək.
Tural
-
ABŞ02:12ABŞ-da qismən şatdaun ləğv edildi
-
Qoroskop00:00Günün ulduz falı - Gizli düşmənlərə qarşı diqqətli olun
-
Magazin13 Fevral 23:00“Eşref Rüya”da şok ayrılıq - Foto
-
Magazin13 Fevral 22:36Alim Qasımovla yeni qohum olan kürəkən iş axtarır - Video
-
İdman3 Fevral 20:36Ronaldo bu gün məşqə də çıxmadı - Nə baş verir?
-
Magazin13 Fevral 20:24Tatlıses Günelə mirasından pay verib?
-
Sosial3 Fevral 19:48Qalib Salahzadənin dəniz kənarındakı obyektləri sökülür
-
Elm və təhsil3 Fevral 19:00Nazir bu xanıma yüksək vəzifə verdi - FOTO







.png)














.jpg)

.jpg)












