ABŞ
Trampdan YENİ REKORD - Andiçmədən bir gün öncə 11 milyard dollar...
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın kriptovalyuta ticarətinin həcmi gündə 11,17 milyard dollara çatıb.
Publika.az xəbər verir ki, bu barədə "CoinMarketCap" portalı məlumat yayıb.
Eyni zamanda, "$TRUMP" valyutasının gündəlik dəyəri 7 dollardan 38 dollara, yəni 5,5 dəfə artıb. İqtisadçılar Trampdan "Bitcoin"ə onun hökumət ehtiyatlarına mümkün daxil edilməsi və ABŞ-ın dövlət borcunun ödənilməsi də daxil olmaqla, qeyri-məhdud azadlıq verəcəyini gözləyirlər.
Əvvəllər bildirilirdi ki, iri kriptovalyuta investorları, digər dollar milyarderləri ilə birlikdə Tramp seçildikdən sonra onun qolf klubunu aktiv şəkildə ziyarət etməyə başlayıblar.
ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçirilib. Bu vəzifə üçün Demokratlar Partiyasının namizədi Kamala Harris və Respublikaçılar Partiyasının nümayəndəsi Donald Tramp mübarizə aparıb. Qələbə qazanmaq üçün siyasətçilərdən biri ən azı 270 seçici səsini toplamalı idi. Səsvermənin nəticələrinə görə, Tramp 312, Harris isə 226 səs toplayıb.
ABŞ-ın 47-ci prezidentinin andiçmə mərasimi 2025-ci il yanvarın 20- də baş tutacaq.
Hüseyn İbadlı
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO
-
Ekologiya07:17Bu gün yağış yağacaq - PROQNOZ
-
İdman06:46Fransa millisinin yarımmüdafiəçisi zədələndi
-
Magazin206:16Halit, Kılıç, Ersoy Ulubey bir arada - “Kurtlar Vadisi” geri döner





















.png)

















