ABŞ
Trampın dövründə ABŞ-ın xarici siyasəti daha aqressiv olacaq
Rio-de-Janeyro Federal Universitetinin (Inest/UFF) Strateji Araşdırmalar İnstitutunun beynəlxalq əlaqələr üzrə müəllimi Tiaqo Rodriqes Donald Tramp dövründə ABŞ-ın xarici siyasətinin gələcəyini dəyərləndirib.
Publika.az xəbər verir ki, Donald Trampın ABŞ-ın qlobal hadisələrin qurbanı olması ilə bağlı açıqlamalarına diqqət çəkən Rodriqes bu məsələ ilə bağlı belə şərh verib:
“Trampın yeni prezidentliyinin əsas xarici siyasət məsələsi Çin olacaq. ABŞ-ın xarici siyasətindən Latın Amerikası, Avropa və Ukrayna da təsirlənəcək. Burada ən çox narahat olan şəxs Vladimir Zelenski olmalıdır”.
Qərb yarımkürəsinə gəldikdə isə bu fikirlə razılaşan Braziliya Universitetindən (UnB) həmkarı Roberto Qulart Menezesin sözlərinə görə, Kuba və Venesuela da siyasi təzyiqləri hiss edəcək.
Aysel Şahmar
-
Səhiyyə18:50Nazir direktoru işdən çıxardı - YENİ TƏYİNAT
-
Kriminal18:40Qandonduran AİLƏ FACİƏSİ: "Atasının meyitini kanala atıb və Rusiyaya qaçıb" - VİDEO
-
Ekologiya18:30Baş nazir ELAN ETDİ - Bu məqsədlə Təxirəsalınmaz Tədbirlər Planı hazırlanacaq
-
Dünya17:27İrana hücum ssenarisi: İsrail onların kütləvi təxliyəsinə hazırlaşır
-
Rəsmi xronika16:55İlham Əliyev yeni sərəncamlar imzaladı
-
Sosial16:30Azərbaycan–Türkiyə münasibətlərini hədəf alan dezinformasiya kampaniyası ifşa edildi
-
Sosial15:54Ramazan ayı bu tarixdə BAŞLAYACAQ
-
MDB15:36Lukaşenko Belarus üçün dayaq nöqtəsi olan ölkənin adını açıqladı: Rusiya deyil




















.jpg)















