ABŞ
Trampın andiçmə mərasimini bu qədər tamaşaçı izləyib: Baydenin rekordunu qırıb?
Yanvarın 20-də ABŞ prezidenti Donald Trampın andiçmə mərasimini 24,6 milyon televiziya tamaşaçısı izləyib.
Publika.az xəbər verir ki, bu barədə "Nielsen" analitik şirkəti məlumat yayıb.
Şirkətin yaydığı məlumata görə, 2021-ci ilin yanvar ayında Trampın sələfi Co Baydenin andiçmə mərasimini 33,8 milyon insan izləyib.
Qeyd edək ki, yanvarın 20-də Trampın andiçmə mərasimi zamanı televiziya ekranlarında ən çox tamaşaçı sayı yerli vaxtla saat 12:15-də (Bakı vaxtı ilə 21:15) qeydə alınıb. Yayımı 15 telekanal həyata keçirib.
Yanvarın 20-də 78 yaşlı respublikaçı Donald Tramp and içərək rəsmi olaraq ABŞ-ın 47-ci prezidenti olub. O, vəzifəsinin icrasına başladıqdan sonra Meksika ilə sərhəddə fövqəladə vəziyyət rejiminin tətbiqi və oraya qoşun göndərildiyini elan edib. Yeni dövlət başçısı həmçinin Meksika körfəzinin adının Amerika Körfəzi adlandırılması planlarını təsdiqləyib və ölkədə yalnız iki cinsin tanınacağına əmin edib.
Bundan əlavə, o, söz azadlığını ABŞ-a qaytaracağını vəd edib. Tramp bildirib ki, onun andiçmə mərasimi Amerikanın “qızıl dövrü”nün başlanğıcı olub.
Adəm Abbaslı
-
Dünya15:48
Dünya liderlərinin məvacibləri: Ən çox hansı ölkənin rəhbəri alır?
-
Nida Xəbər 15:32
Səfirliyimizə hücum: İran terrorçu ilə bağlı qərar verdi - Təcili
-
Elm və təhsil14:58
Müəllimlər üçün güzəştli kart hazırlanır: Nələr daxildir?
-
İdman14:14
İkardi Naradan belə qisas alır: Görüşdüyü model hamilədir? - FOTOLAR
-
Sosial12:56
Qəzada ölən 10 yaşlı Məhbubənin - FOTOSU
-
Region12:32
Bu ölkədən vətəndaşlarına xəbərdarlıq: Ermənistanın Azərbaycanla sərhəd bölgələrinə getməyin
-
MDB12:24
Kurskda Ukrayna və Şimali Koreya ordusu arasında şiddətli döyüş: 21 ölü, 40 yaralı - VİDEO
-
Sosial12:00
Budur Həcc: Allah bizə deyib ki, 10 min verib Kəbənin ətrafında fırlanaq?