ABŞ Zelenskini devirməyə hazırlaşır - Radadan İDDİA
Bizi izləyin

ABŞ

ABŞ Zelenskini devirməyə hazırlaşır - Radadan İDDİA

ABŞ Zelenskini vəzifəsindən uzaqlaşdırmağa hazırlaşır.

Publika.az xəbər verir ki, bunu dövlətə xəyanətdə şübhəli bilindiyi üçün istintaq təcridxanasında saxlanılan Ukrayna Ali Radasının deputatı Aleksandr Dubinski öz "Telegram" kanalında bildirib.

Dubinski iddia edib ki, ABŞ Zelenskini devirmək üçün artıq kampaniya başladıb.

O, amerikalı jurnalist Taker Karlsonun Ukrayna prezidenti Vladimir Zelenskini diktator adlandırmağa başladığna diqqət çəkib.

Dubinskinin fikrincə, məhz ABŞ Zelenskini vəzifəsindən uzaqlaşdırmağa hazırlaşarkən bu cür fikirlərin səsləndirilməsi təsadüfi deyil.

“Karlsonun Zelenskinin diktaturası və qeyri-legitimliyi ilə bağlı bəyanatı onu devirmək kampaniyasının başlanğıcıdır”, - o yazıb.

Bir gün əvvəl Taker Karlson demişdi ki, Zelenski diktatordur, çünki o, artıq xalq tərəfindən seçilmiş siyasətçi sayılmır, dini konfessiyalara qadağa qoyub, həm də siyasi rəqiblərini sıradan çıxarır.

Bundan əvvəl amerikalı jurnalist Zelenskinin ölkəni satdığını və Qərbə xidmət etdiyini söyləmişdi.

Ləman

Oxumağa davam et
Reklam
Reklam

Gündəm