ABŞ-da NOTAM sistemi çökdü: uçuşlar gecikəcək
Bizi izləyin

ABŞ

ABŞ-da NOTAM sistemi çökdü: uçuşlar gecikəcək

ABŞ pilotları üçün əsas bildiriş sistemində nasazlıq yaranıb. Bu, fevralın 2-də uçuşlarda gecikmələrə səbəb ola bilər.

Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın nəqliyyat naziri Şon Daffi bildirib.

“Əsas NOTAM (uçuş məlumatı bildirişi) sistemində müvəqqəti nasazlıq yaranıb. ABŞ Federal Mülki Aviasiya Administrasiyası (FAA) sistemin bərpası üzərində işləyir, bəzi gecikmələr ola bilər", - o qeyd edib.

Onun sözlərinə görə, FAA uçuşdan əvvəl brifinqlər, uçuş əməliyyatlarını tamamlamaq və dəstəkləmək üçün fövqəladə hallar sistemini aktivləşdirib.

"Biz nasazlığın səbəbini araşdırırıq və nəticələri açıqlayacağıq", - deyə nazir qeyd edib.

Ləman

Oxumağa davam et
Reklam
Reklam

Gündəm