ABŞ
Dərinin elastikliyini itirməsinin 5 SƏBƏBİ
Elm adamlarının əbədi gəncliyin sirləri ilə bağlı araşdırmalar aparmasına, plastik cərrahların dərinin dartılma üsullarını təkmilləşdirməsinə baxmayaraq, bir çoxları dərinin təravət və gəncliyinin mümkün qədər uzun müddət saxlanması və özünəqulluq zamanı ciddi səhvlərə yol verirlər.
Bu səhvlərin nələrdən ibarət olduğunu bilmək dəri sağlamlığı baxımından böyük əhəmiyyət kəsb edir.
Publika.az xəbər verir ki, bu barədə "Pravda.ru" nəşri yazıb.
Makiyajın düzgün silinməməsi
Makiyaj edərkən dərini bir az dartdıqda və ya makiyajı siləndə ehtiyatla sürtdükdə, zərər verməyəcəyini düşünürük. Amma əslində, belə əhəmiyyətsiz görünən hərəkətlər də vaxtından əvvəl qırışların yaranmasına səbəb ola bilər. Məsələn, pambıq yastığı ilə göz ətrafındakı dərini güclü sürtmək onun strukturunu məhv edir, dəri elastikliyini itirir. Bu, dərhal nəzərə çarpmasa belə, illər keçdikcə özünü büruzə verir.
Günəşdən qorunmamaq
Bütün yayı çimərlikdə keçirməsəniz belə, dənizdən uzaq bir şəhərdə yaşasanız belə, dəriniz yenə də ultrabənövşəyi şüalara məruz qalır. Bu şüalar dərinin kollagen, amin turşusu bağları və zülal strukturlarına dağıdıcı təsir göstərir ki, bu da onun qocalmasını sürətləndirir. UV qoruyucu kremlərdən hər gün, hətta buludlu havada belə istifadə etmək vacibdir.
Şəkərdən həddindən artıq istifadə
Şirin qidalar sevənlər diqqət etməlidirlər ki, tərkibində şəkər olan ərzaqları yediyiniz zaman şəkər dərinizdəki kollagenlə reaksiyaya girir və bu da qlikasiya adlanan prosesə gətirib çıxarır. Bu, dərinin zülallarına zərər verir, onun möhkəmliyini və elastikliyini azaldır. Əgər dərinin gəncliyini mümkün qədər uzun müddət saxlamaq istəyirsinizsə, rasionunuzda şəkərin miqdarını əhəmiyyətli dərəcədə məhdudlaşdırmalısınız.
Gün eynəyindən istifadə etməmək
Parlaq günəşdən və ya görmə problemlərindən asılı olmayaraq, davamlı şəkildə gözlərini qıymaq kiçik qırışların yaranmasına səbəb ola bilər. Çünki təkcə günəş altında deyil, gündəlik həyatda da uzaqda nəyisə daha yaxşı görmək üçün tez-tez gözlərinizi qıyırsınız. Bu, əzələlərə gərginlik verir ki, nəticədə, qocalma prosesini sürətləndirir. Ona görə də, gün eynəkləri taxmaq və lazım gələrsə, göz həkiminə müraciət etmək zəruridir.
Xroniki yuxu çatışmazlığı
Yuxu çatışmazlığı dərinin qocalmasının ən çox yayılmış səbəblərindən biridir. Xroniki yuxusuzluq təkcə görünüşünüzə deyil, həm də orqanizmin ümumi sağlamlığına da mənfi təsir göstərir. Piqment ləkələri, sızanaqlar (aknelər) və elastikliyin itməsi dərinin bərpası üçün kifayət qədər vaxt vermədiyimiz halda üzləşdiyi problemlərdən yalnız bir neçəsidir.
Bu səhvlərin dərin qırışlar şəklində özünü göstərəcəyi günə qədər gözləmək lazım deyil. Dərinizin mümkün qədər uzun müddət gənc görünməsini təmin etmək üçün indidən özünəqulluq üsullarını tənzimləməyə başlamaq lazımdır. (oxu.az)
-
ABŞ10:48
ABŞ-da NOTAM sistemi çökdü: uçuşlar gecikəcək
-
ABŞ09:00
Kaliforniyada GÜCLÜ PARTLAYIŞ: yaralılar var - VİDEO
-
Sosial08:48
Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
-
ABŞ07:47
Dərinin elastikliyini itirməsinin 5 SƏBƏBİ
-
Magazin106:16
Aynişan özünə görün haradan ev aldı - VİDEO
-
Dünya04:44
Bu şəhərin küçələrində siqaret çəkmək QADAĞAN EDİLDİ
-
Cənubi Qafqaz04:14
İrəvanda azərbaycanlıların videosunu erməni çəkib? - - Qərib saxlanıldı və...
-
Magazin103:13
“Bircə sən yoxsan…” - Azərin ölümündən sonra ilk dəfə toplaşdılar