Tramp Avropanı parçalayır - Almaniya təşkilatı tərk edə bilər
Bizi izləyin

ABŞ

Tramp Avropanı parçalayır - Almaniya təşkilatı tərk edə bilər

Birləşmiş Ştatların maraqlarına zərər verənlərə yüksək tariflər tətbiq edəcəyini deyən ABŞ prezidenti Donald Tramp Avropa İttifaqı (Aİ) başda olmaqla bir çox ölkə ilə "ticarət müharibəsi"nə başlayıb.

Publika.az xəbər verir ki, yanvarın 20-də vəzifəsinin icrasına başlayan Tramp fevralın 1-də Kanada, Meksika və Çindən idxala əlavə gömrük rüsumlarının tətbiq edilməsi haqqında sərəncam imzalayıb.

Qeyd edək ki, Almaniyada seçkilər yaxınlaşır və sağçılar qələbə qazanarsa, bu ölkənin Aİ-dən çıxmasına şahidlik edə bilərik. Bildirilir ki, Aİ daxilində ABŞ-la ayrı-ayrılıqda münasibətləri inkişaf etdirmək istəyən ölkələr də olacaq. Buna misal kimi Almaniyanı göstərmək olar. ABŞ-ın hegemonluğunu qurduğu cəbhələrə görə Avropa qitəsində ümumi durum ağırlaşa bilər. Birləşmiş Ştatlar üçün müxtəlif qısamüddətli risklər və üstünlüklər olacaq, lakin bunlar ABŞ-ın qlobal rolunu şübhə altına salacaq.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm