ABŞ
Ağ Evdə Cənubi Qafqaz ZİRVƏSİ - Sülh sazişinin bağlandığı elan edilə bilər
ABŞ Prezidenti Donald Tramp avqustun 8-də Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanı qəbul edəcək.
Publika.az xəbər verir ki, bu barədə "Washington Post" (WP) qəzeti mənbələrə istinadla məlumat yayıb.
“Prezident Donald Tramp, uzun illərdir münaqişə vəziyyətində olan iki ölkə – Ermənistan və Azərbaycan arasında sülh sazişinə nail olmaq məqsədilə, cümə günü Ağ Evdə onların liderlərini qəbul edəcək,” – deyə nəşrdə bildirilir.
Mənbələrdən birinin sözlərinə görə, görüşün yekununda Əliyev və Paşinyan sülh sazişinin bağlandığını elan edə bilərlər.
İyulun 19-da, Azərbaycan Prezidenti İlham Əliyev bəyan etmişdi ki, Bakı ilə İrəvan sülh sazişinin imzalanmasına yaxındır.
2025-ci ilin mart ayında Ermənistan və Azərbaycan sülh sazişinin imzalanması barədə razılığa gəliblər. 17 maddədən ibarət sənəd qarşılıqlı olaraq sərhədlərin və ərazi bütövlüyünün tanınmasını nəzərdə tutur.
Bu razılaşmalara əsasən, tərəflər:
- Sərhədlərin delimitasiya və demarkasiyası prosesinə başlayıblar,
- Diplomatik münasibətlərin bərpasına dair razılığa gəliblər,
- Üçüncü dövlətlərin silahlı qüvvələrinin bu ərazilərdə yerləşdirilməməsi öhdəliyini üzərlərinə götürüblər,
- Həmçinin beynəlxalq instansiyalardakı iddiaları geri çəkməyə və
- Sazişdən əvvəlki mübahisəli məsələlərin yenidən baxılmasından imtina etməyə razılaşıblar.
Qeyd edək ki, sözügedən görüşlə bağlı məlumat ABŞ Prezidentinin həmin gün üçün dərc olunmuş proqramında yer alıb.
Hüseyn İbadlı
-
Kriminal19:40Azərbaycanda övladlarına işgəncə verən ana və ögey ata həbs edildi
-
Dünya19:30Türkiyəli iş adamının evinə silahlı basqın: 820 min dollarlıq sərvət oğurlandı
-
Elm və təhsil18:30Övladını dərsdən yayındıran valideynləri hansı məsuliyyət gözləyir? - Rəsmi
-
Hadisə18:20Ceyranbatanda çoxmərtəbəli yaşayış binasında yanğın - Foto/Video/Yeniləndi
-
Rəsmi xronika15:44Türkmənbaşıda Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirildi - YENİLƏNDİ
-
Nida Xəbər 14:40Hərbi vəzifəlilərin NƏZƏRİNƏ! - Baş nazirdən QƏRAR
-
Dünya14:02Qarşıdan gələn qış Avropa üçün ağır keçə bilər: Qaz çatışmazlığı riski artır
-
Sosial13:28İlham Əliyev MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış oldu - FOTO





































.jpg)

