Art
Dünən Karmen, bu gün Gülçöhrə
Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası növbəti dəfə tamaşaçılara təqdim olunub.
Publika.az xəbər verir ki, səhnə əsərində Gülçöhrə
obrazını ilk dəfə teatrın solisti, xalq artisti Fidan Hacıyeva
canlandırıb. Onun Gülçöhrə obrazının bütün ariyalarını qüsursuz ifa
etməsi və bütün mizanları yerli-yerində icra etməsi tamaşaçılar
tərəfindən alqışlarla qarşılanıb.
Gənc dirijor Əyyub Quliyevin idarə etdiyi tamaşada əsas rolları xalq artisti Gülyaz Məmmədova, əməkdar artistlər Fərid Əliyev, Gülüstan Əliyeva, Yadigar Muradov və başqaları ifa edib.
Əməkdar İncəsənət Xadimi Hafiz Quliyevin quruluşunda səhnəyə
qoyulmuş “Arşın mal alan” artıq 17 ildir ki, fasiləsiz olaraq
teatrın repertuarındadır.
Qeyd edək ki, F. Hacıyeva bu günə qədər milli və klassik opera
tamaşalarından olan “Sevil”, “Koroğlu”, “Karmen”, “Sevilya
bərbəri”, “Aida”, “Arşın mal alan” tamaşalarında aparıcı
partiyaları ifa edib. Bir sıra xarici qonaqların da qatıldıqları
tamaşa qəlbləri fəth edib və teatrsevərlərin gurultulu alqışları
ilə qarşılanıb.
Cəvahir
-
Hadisə14:33
Azərbaycanlı vəkil həbs edildi
-
Nida Xəbər 13:43
Axırda Köçəryanı, Sarkisyanı göstərəcəklər: Simonyan sərhəddəki aksiyanı ələ saldı
-
Rəsmi xronika12:50
İlham Əliyev bu sazişi təsdiqlədi
-
Rəsmi xronika12:31
Bu şəxslər cəzalandırılacaq
-
ABŞ12:08
ABŞ-da sensasion plan: Bayden namizədliyini geri götürür, Obama...
-
Sosial11:48
Bu şəxslərə 1380 manat ödəniş edilir
-
Magazin111:33
“Zaur ailəmi dağıdıb, onu güllələyəcəm” - Polis hərəkətə keçdi
-
Dünya11:06
Dollar ucuzlaşır, ruzigar türk lirəsinin xeyrinə əsir: Bütün gözlər bu hesabatda