Musiqili Teatrın “999-cu gecə”si
Bizi izləyin

Art

Musiqili Teatrın “999-cu gecə”si

Azərbaycan Dövlət Musiqili Komediya Teatrında yeni tamaşanın məşqlərinə start verilib.

Publika.az xəbər verir ki, söhbət “Min bir gecə” nağıllarının motivləri əsasında hazırlanan “999-cu gecə” tamaşasından gedir. Səhnə əsərinə gənc rejissor İradə Gözəlova quruluş verəcək.

Tamaşanın musiqi tərtibatında dahi bəstəkar, SSRİ xalq artisti Fikrət Əmirovun dünyaca məşhur “Min bir gecə” baletinin musiqilərindən və ölməz, məşhur mahnılarından istifadə olunacaq.

Qeyd edək ki, tamaşanın quruluşçu-dirijoru Fəxrəddin Atayev, quruluşçu-rəssamı Nabat Səmədova, xormeystri əməkdar artist Vaqif Məstanov, quruluşçu-baletmeystrləri Yelena və Zakir Ağayevlərdir. Tamaşada rolları əməkdar artist Novruz Qartal, aktyorlar Məhərrəm Qurbanov, Səmədzadə Xasıyev, Gültac və Hüseyn Əlililər, Ruslan Mürsəlov, Mehriban Zalıyeva, Nicat Əli, Əliməmməd Novruzov, Elxan İsmayılov, Elçin İmanov, Fərid Rzayev və Elməddin Dadaşov ifa edəcəklər.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm