120 milyon avroluq əsərin müəllifi tapıldı
Bizi izləyin

Art

120 milyon avroluq əsərin müəllifi tapıldı

Fransanın Tuluza şəhərində bir evin çardağından təsadüfən tapılan rəsm əsərinin məşhur rəssam Karavacoya aid olduğu üzə çıxıb.

Publika.az xəbər verir ki, rəsm əsəri 2014-cü ildə tapılsa da sənət mütəxəssisləri yalnız uzun müddətli araşdırmalardan sonra onun Mikelancelo Merizi da Karavacoya aid olduğunu müəyyənləşdirə biliblər.

Araşdırma qrupunun rəhbəri Erik Turkin əsərin 1604-1605-ci illər arasında çəkildiyini açıqlayıb.

Fransa Mədəniyyət Nazirliyi əsəri “Milli xəzinə” elan edib.

Əsərin ölkədən 30 ay müddətində çıxarılması qadağan edilib. Deyilənə görə, rəsmin qiyməti 120 milyon avrodur.

İlknur

Oxumağa davam et
Reklam
Reklam

Gündəm