Mehriban Ələkbərzadə qəzəbləndi: “Axmaq…”
Bizi izləyin

Art

Mehriban Ələkbərzadə qəzəbləndi: “Axmaq…”

Əməkdar incəsənət xadimi, tanınmış rejissor Mehriban Ələkbərzadə Akademik Milli Dram Teatrında səhnələşdirdiyi iki tamaşanın repertuardan çıxarılmasına münasibət bildirib.

Publika.az-a açıqlama verən rejissor bunu tetarın repertuar siyasəti ilə əlaqələndirib: “Mən dəvətlə tamaşa hazırlayan rejissoram. “Azdrama”da da dəvətlə dörd tamaşa səhnələşdirmişəm: “Qatarın altına atılan qadın”, “Əmir Teymur”, “Herostratı unudun”, “Qatil”. Düşünürəm ki, hər teatrın bədii şurası və daxili repertuar siyasəti var. Əgər mənim hazırladığım hər hansı tamaşa repertuardan çıxarılırsa, demək ki, bu teatrın daxili repertuar siyasəti ilə bağlıdır”.

Amma teatrın aktyorları mətbuata açıqlamasında hər iki tamaşanın repertuardan çıxarılmasına səbəb kimi açıq-saçıq səhnələrin olduğunu göstərirlər. Onların sözlərinə görə, Azər Paşa Nemətov bir müddət əvvəl “Qatil” haqqında danışarkən “Bu, çox açıq- saçıq tamaşadır. Açıq-saçıqlığı yığışdırmaq lazımdır” deyibmiş.

M.Ələkbərzadə bu fikrin absurd olduğunu söyləyib: “Sözügedən tamaşa iki ildən artıqdır ki, təhvil verilib. Əgər o tamaşa bəyənilmirdisə, premyeradan bir ay sonra repertuardan yığışdırıla bilərdi. Yığışdırılmayıbsa, bu, axmaq fikirdir. Bu sözü deyən adam məsuliyyətə cəlb oluna bilər. Necə yəni açıq-saçıq səhnəyə görə tamaşa repertuardan çıxarılıb? Bəs onda iki il niyə göstərilirdi?”

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm