Ən çox oxunan 20 əsər
Bizi izləyin

Art

Ən çox oxunan 20 əsər

Publika.az dini əsərləri daxil etmədən ən çox tərcümə olunan 20 kitabı oxucular üçün təqdim edir:

20. “Oyuncaq ev” (Henrik İbsen) - 56 dilə tərcümə olunub.

Norveçli yazar Henrik İbsenin 1879-cu ildə çap etdirdiyi, bu əsər ilk feminist teatr mətni olaraq qəbul olunub. Cəmiyyəti o dövrdə sərt şəkildə tənqid edən əsər, böyük əks-sədaya səbəb olub.

19. “Cəsur əsgər Şveykin macəraları” (Yaroslav Qaşek) - 58 dilə tərcümə edilib.

Çexoslavakiyanın ən məşhur əsərlərindən biri olan “Cəsur əsgər Şveykin macəraları”nın ilk cildi 1921-ci ildə çap edilib. Qaşek altı cildlik olaraq hazırladığı əsərinin dördüncü hissəsini yazarkən 1923-cü ildə dünyasını dəyişib.

18. “Sofinin dünyası” (Yusteyn Qorder) - 59 dilə tərcümə olunub.

63 yaşındakı norveçli yazar Qorderin 1991-ci ildə çap olunan bu kitabı son dövrlərdə ən çox satılan nəşrlərdən biridir.

17. “Şerlok Holms ardıcıllığı” (Artur Konan Doyl) - 60 dilə tərcümə edilib.

İngilis yazar Artur Conan Doylnun dünya ədəbiyyatına verdiyi bu hədiyyənin ilk cildi 1888-ci ildə işıq üzü görüb. Şerlok Holmsun macəralarına film belə çəkilib.

16. “Anna Frankın xatirə dəftəri” (Anna Frank) - 60 dilə çevrilib.

1945-ci ildə II dünya müharibəsində 15 yaşında Bergen-Belsendəki əsir düşərgəsində dünyasını dəyişən Frankın ailə üzvləri içərisində həyatda qalan tək üzvü, ata Otto Frank tərəfindən 1947-ci ildə nəşr edilib. Bu əsər yəhudi soyqırımının simvolu halına gəlib.

15. “Mənim Adım Qırmızı” (Orhan Pamuk) - 60 dilə tərcümə olunub.

64 yaşındakı Nobel mükafatlı yazıçı Orhan Pamuk 1998-ci ildə çap olunan “Mənim Adım Qırmızı” romanıyla bu siyahıya daxil olub. Pamuk bu əsərlə oxucuları XVI əsr Osmanlı dövrünə aparmağı bacarıb.

14. “Kalevala” (Elias Lönnrot) - 61 dilə çevrilib.

1849-cu ildə çap olunan bu əsər Lönnrotun Finlandiyanın fərqli bölgələrini gəzərək topladığı xalq hekayələrindən ibarətdir.

13. “1984” (Corc Oruel) - 65 dilə tərcümə edilib.

İngilis yazar Oruelin qələmə aldığı bu əsər1949-cu ildə nəşr olunub. XX əsrin ən təsirli ədəbiyyat hadisələrindən olan bu əsər, siyasi romançılığın zirvələrindən biri kimi qiymətləndirilir.

12. “Heklberri Finin sərgüzəştləri” (Mark Tven) - 65 dilə tərcümə olunub.

Amerikalı yazıçı Mark Tvenin 1884-cü ildə İngiltərədə çap etdirdiyi bu əsəri iyirmi dəfədən çox film çəkilib.

11. “Kimyagər” (Paulo Koelyo) - 67 dilə çevrilib.

Portuqaliyalı yazıçı Paulo Koelyonun 1988-də yazdığı bu əfsanəvi əsər yaxın dövrdə yazılıb bu siyahıya girməyi bacaran nadir romanlardandır.

10. “Pippi Uzuncorab” (Astrid Lindqren) - 70 dilə tərcümə edilib.

İlk dəfə 1945-ci ildə İsveçdə nəşr olunub. Xəstə olduğu üçün məktəbə getməyən qızına o anda uydurduğu bir hekayəni danışan Lindqren əsəri bu şəkildə meydana gətirib.

9. “Kon-Tiki” (Tur Heyerdal) - 70-dən çox dilə tərcümə olunub.

Norveçli səyyah Tur Heyerdalın 1948-ci ildə işıq üzü görən bu kitabı, müəllifin 1947-ci ildə səyahət etdiyi Sakit okean səfərini izah edir.

8. “Harri Potter” seriyası (Coan Roulinq) - 73 dilə çevrilib.

Tarixdəki ən çox satılan roman ardıcıllığı olan “Harri Potter”in ilk kitabı 1997-ci ildə çapdan çıxıb. 50 yaşındakı ingilis yazar bu sehrli dünyanın səkkizinci kitabını bu ayın sonunda gün işığına çıxaracaq.

7. “Tentenin macəraları ardıcıllığı” - 96 dilə tərcümə edilib.

Belçikalı yazar Georges Prosper Reminin (Herje) 1929-1976-cı illər arasında yazdığı bu cizgi romanı 24 kitabdan ibarətdir.

6. “Asteriksin sərgüzəştləri ardıcıllığı” (Rene Qoskini & Albert Uderzo) - 112 dilə tərcümə olunub.

1959-cu ildə başlayıb 2010-cu ilə qədər davam edən Asteriks 36 kitabdan ibarətdir. Rene Qoskininin mətnlərini yazdığı bu əsərlərdə, təsvir Albert Uderzoya məxsusdur.

5. “İki min lye su altında” (Jül Vern) - 148 dilə tərcümə edilib.

1870-ci ildə Fransada çap olunan bu əsər siyahıdakı tək elmi fantastik romandır.

4. “Andersendən nağıllar ardıcıllığı” (Hans Xristian Andersen) - 153 dilə tərcümə olunub.

Danimarkalı yazıçı Hans Xristian Andersen 1835-1852 illərdə yazdığı nağılların üzərindən 150 il keçməsinə baxmayaraq, bu, hələ də ən məşhur uşaq kitabları arasındadır.

3. “Alisa möcüzələr ölkəsində ardıcıllığı” (Luis Kerroll) - 174 dilə tərcümə edilib.

İngilis riyaziyyatçı Çarli Lütvige Dodqsonun 1865-ci ildə Luis Kerroll təxəllüsü ilə yazdığı bu fantastik əsər yalnız uşaqlar üçün nəzərdə tutulmayıb.

2. “Balaca Şahzadə” (Antuan de Sent-Ekzüperi) - 253 dilə tərcümə olunub.

Fransız yazar Antuan de Sent-Ekzüperinin 1943-cü ildə çap olunan bu kitabı dünyadakı ən çox satılan nəşrlər içərisində hər zaman ən üst sırada yer alır. Uşaq kitabı görünüşlü olsa da bu əsərə “bir uşağın gözündə böyüklərin dünyasını simvollaşdıran bir cəmiyyət tənqidi” deyə bilərik.

1. “Pinokkio” (Karlo Kollodi) – 260-dan çox dilə tərcümə edilib.

Müasir uşaq ədəbiyyatının ilk nümunələrindən olan Pinokkio 1883-cü ildə kitab olaraq çap olunub. Karlo Kollodinin ölümündən sonra ingilis dilinə tərcümə edilən Pinokkio indiki vaxtda kitabı oxuyan, oxumayan hər kəsin tanıdığı bir xarakterdir.

Dilrubə Vaqifzadə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm