“Azərbaycanda ekranlaşdırıla biləcək əsər yoxdur” - SORĞU
Bizi izləyin

Art

“Azərbaycanda ekranlaşdırıla biləcək əsər yoxdur” - SORĞU

Hansısa bədii əsəri oxuyan kimi onu təxəyyülümüzdə canlandırır, xəyali film çəkirik. Bəs Azərbaycan ədəbiyyatında bəyəndiyimiz hansı əsəri ekranda görmək istərdik?

Hansısa bədii əsəri oxuyan kimi onu təxəyyülümüzdə canlandırır, xəyali film çəkirik. Bəs Azərbaycan ədəbiyyatında bəyəndiyimiz hansı əsəri ekranda görmək istərdik?

Publika.az ötən dəfə bir neçə yazarla bu mövzunu müzakirə etdi. Ardından sosial şəbəkələrdə mövzu şaxələnməyə başladı. Sözü ürəyində qalan yazarlardan bir neçəsi ilə müzakirəni davam etdirmək istədik.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

İngilis dramaturqu Terense Rettiqen “Romançı bir neçə səhifədən sonra oxucusunu itirə bilər, ancaq dramaturq bir dəqiqlik belə olsa öz izləyicisini itirə bilməz”, deyirdi.

Bizdə necə, sevimli əsərlərimiz ekrana çıxsa olan-qalan hörmətini də itirməz ki?

Elə bunu düşünüb barmağı klaviaturaya öyrəncəkli, fikirlərini kompüterə yazan müasirlərimizə üz tutub, “siz hansı ədəbi əsərin ekranlaşdırılmasını istərdiniz?” sualını ünvanladıq.

Sualıma ilk olaraq yazıçı, publisist Mirmehdi Ağaoğlunun cavabını aldım. O, bu dəfə təvazökarlıqdan uzaq duraraq, ancaq özündən danışmaq istədi: “Bu gün səbir elə” romanımın ekranlaşdırılmasını istəyərdim. O əsərin sosial tərəfi ağır basır, bu günün insanının ovqatı ilə səsləşir, modern həyatın çətinlikləri içində boğulan sadə insanların faciələrindən bəhs edir. Məncə, bu əsər ekranlaşdırılsa, çox maraqlı iş ortaya çıxar. Tamaşaçıların da diqqətini cəlb edər”.

Yazıçı Şərif Ağayar söz sənətini vizual sənətə çevirməyin asan olmadığını dedi: “Bunun üçün vizual effekti olan əsərlər daha çox ələ gələndir. Ancaq yenə də həmişə olduğu kimi məsələni sənətkarlıq həll edir. Yaxşı rejissor olarsa, hətta şeirdən də film çəkmək mümkündür”.

Ünvanlanan suala birbaşa cavab vermək istəməyən Ş.Ağayar yaxşı yazıçıların əsərlərindən gözəl filmlər yaratmağın mümkünlüyünü vurğulayaraq, sualı təkrar səsləndirdikdən sonra fikrini davam etdirmək qərarına gəldi və bir az da gileyləndi: “Siyahım uzun olar. Ancaq ilk ağlıma gələnlər bunlardır: Əkrəm Əylisli "Kür qırağının meşələri", Çingiz Hüseynov "Fətəli fəthi", Səfər Alışarlı "Maestro", lap müasirlərimizdən Murad Köhnəqalanın, Seymur Baycanın, Pərviz Cəbrayılın, Mübariz Cəfərlinin və başqalarının əsərlərinə film çəkmək olar. Rafiq Tağının hekayələrindən Paracanovari filmlər çıxar. Çoxdur nümunələr, ancaq təəssüf ki, bunu edən, bu işə maliyyə ayıran yoxdur. Yazıçılarla rejissorlar arasındakı əməkdaşlıq da yetərli səviyyədə deyil”.

Dramaturq və filosof Firuz Mustafa bədii əsərlərdən çox avtobioqrafik filmlərin çəkilməsini istədiyini dilə gətirdi: “Çox təəssüf edirəm ki, bizdə Məhəmməd Fizuli haqqında bədii film yoxdur. Niyə olmasın? Heç haqqında sanballı roman da yoxdur. Onun yaradıcılığı, həyatı bir filmin mövzusudur. Bundan başqa Mirzə Cəlilin, Həsən bəy Zərdabinin, Natəvanın həyatını əks etdirən filmlər çəkilsə daha yaxşı olar”

Azərbaycan yazarlarının əsərlərinə gəldikdə o, Məhəmməd Səid Ordubadinin “Qılınc və qələm” əsərinin adını çəkdi. Daha sonra bu siyahını belə artırdı: “Əslində Yusif bəy Çəmənzəminlinin bütün romanlarına film çəkmək olar. Onun əsərlərində film üçün gözəl mövzulara toxunulub. Elə götürək “Studentlər” əsərini. Məncə, bu əsər ekranlaşdırılsa, çox uğurlu film alınar”.

Bundan sonrakı müsahiblərim əsər adı çəkməkdən imtina edib, Azərbaycan kinosunun tamam fərqli problemlərinə toxundular.

Məsələn yazıçı Pərviz Cəbrayıl ədəbi əsərlərin ekranşaldırılması məsələsini deyil, daha vacib mövzuların müzakirə olunmasını təklif etdi: “Kinostudiya və Kinematoqrafçılar İttifaqı çağdaş yazarlarla əlaqə yaratsın. Tutaq ki, hansısa rejissorun mənasız ssenarisinə 30 min verirlər, ortaya da gülünc film çıxır. Amma həmin 30 minin 15 minini verin yazıçıya, görün, sizə necə möhtəşəm ssenari yazıb verir”.

O, məsələni elə maddi tərəflə yekunlaşdıraraq kinoçuları qınayıb, yazarların tərifinə başladı: “Çağdaş rejissor və ssenaristlərimizin çoxu kitab oxumur. Amma yazarlarımız həm kitab oxuyur, həm də filmə baxır. Yəni hər iki sahəni bilir. Bu baxımdan, filmimizi dünya arenasına çıxarmaq üçün yazıçılarımızın, şairlərimizin mətnlərindən, onların istedad və təfəkküründən maksimum yararlanmaq lazımdır.

Mövzu ilə bağlı suala cavab verməkdə çətinlik çəkən yazıçı və nasir Yaşar Əliyev hər kəsdən fərqli fikir ortalığa qoydu: “Azərbaycanda ekranlaşdırıla biləcək bir əsər yoxdur. Çünki bizdə yazıçıların bir çoxu sırf nasirdir. Mən onların yazdıqlarında hərəkətli, ssenrarivari əsər görmürəm. Burda həm klassikləri, həm də müasir yazarlarımızı nəzərdə tuturam”.

Kinoşünas və rejissor Aydın Dadaşov məsələyə başqa tərəfdən yanaşaraq, əsərlərin ekranlaşdırılmasına ehtiyac olmadığını deyərək bunları söylədi: “Azərbaycan kinosu uğur qazanmaq istəyirsə və poetik kino tərəfdarıdırsa, ancaq orijinal ssenarilər yazılmalıdır. Kinematoqrafın yarandığı ilk onilliklərdə klassik ədəbiyyatın ekranlaşdırılması ədəbi əsərlərin tirajlanması ilə maarifçilik funksiyasının tələbləri şərtiliklə yerinə yetirildi. Beləliklə sənət qanunları daha qədim ədəbiyyat, kinematoqrafı özünün nəqliyyat vasitəsinə çevirdi. Ekranlaşdırılan ədəbi nümunələrin ekranda deformasiyaya uğraması mütəxəssislərin nəzərindən qaçmadı. Və ötən əsrin 30-cu illərindən yaranan poetik, yəni struktural kino ədəbiyyatın ekrana gəlişinə qarşı çıxmağı məqsədə çevirməklə uğurlar qazandı”.

O, sözünə güc vermək üçün həmişəki kimi sitat gətirdi, bu dəfə Sergey Eyzenşteyndən: "Qiraət üçün nəzərdə tutulmayan ssenari, hazır xörəyə yalnız ekranda çevrilən çiy ətdir".

Bax bu çözüm Cəlilin ölməz “Ölülər”ində qəbiristanlıq səhnəsinə bənzədi, yəni hamı ölülərin dirilməyini istəyir, amma biri də öz ölüsünün adını çəkmir. Bunun üstündə qırğın da düşür. Şeyx Nəsrullah da yavaşca gedir özgə kəndin ölülərini “diriltməyə”. Bax, bu çözümlə deyəsən kino ilahəsi də bizdən üz döndərib həmişə olduğu kimi o biri ölkələrin kinoçularını və tamaşaçılarını sevindirəcək”.

Amma biz də işi boş buraxmayıb yenidən mövzunu çözəcəyik.

Ardı var...

Mələk Heydərova

Oxumağa davam et
Reklam
Reklam

Gündəm