Art
Van Qoq yenidən böyük ekranda
Sağlığında maddi korluq çəkərək iztirablı həyat yolu keçmiş dünya şöhrətli holland rəssam Vinsent Van Qoq yenidən böyük ekranda canladırılacaq.
Publika.az Rusiya mətbuatına istinadən bildirir ki, impressionist rəssamın obrazını amerikalı aktyor Ullem Defo yaradacaq. “Əbədiyyətin kandarında” adlı filmin rejissoru “Qızıl palma” mükafatçısı Culian Şnabeldir.
Rəssamın xüsusilə Arl şəhərində həyatının sonralarında yaşadığı ağrı-acılı günlər diqqət mərkəzinə gətiriləcəyi üçün çəkilişlər Fransada aparılacaq.
Ssenari işi isə rejissorla bərabər ssenarist Jan Klod Karyerə həvalə olunub.
Qeyd edək ki, buna qədər Van Qoq haqqında bir neçə uğurlu filmlər çəkilib. İlk film 1956-cı ildə çəkilmiş “Həyat yanğısı” adlanır. Film bir neçə nominasiyada “Oskar” alıb. İkinci film 1990-cı ildə çəkilmiş “Vinsent və Teo”dur. Burada əsas diqqət böyük rəssamın qardaşı olan münasibətləri üzərində qurulub. 1991-ci ildə fransızlar (“Van Qoq”), 2007-ci ildə isə ingilislər (“Sarı ev”) rəssamı yenidən canlandırıblar.
Vinsent Van Qoq 2000-dən artıq rəsm əsərinin, 1100 eskizin müəllifidir.
Şəfiqə ŞƏFA
-
Magazin117:30
Azərbaycanlı müğənninin dəhşətli qəzada həlak olan oğlunun GÖRÜNTÜLƏRİ
-
Ekologiya17:20
Bu axşam başlayır, mayın 7-nə kimi... - Daha bir XƏBƏRDARLIQ
-
MDB16:40
Putin inauqurasiya mərasiminə bu avtomobillə gələcək - VİDEO
-
İdman15:46
Şahruddin ən yaxşılardan biri oldu - FOTO
-
Dünya15:22
Günəşdə daha bir güclü PARTLAYIŞ: Bu səhər...
-
İdman14:32
“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşdi - FOTO
-
Magazin113:49
Müğənninin oğlunun öldüyü qəzanın TƏFƏRRÜATI - FOTO/YENİLƏNDİ
-
Magazin113:01
Nərmin Edisin mahnısına elə rəqs etdi ki... - VİDEO