Mərhum Xalq artisinin doğum günüdür - - FOTO/VİDEO
Bizi izləyin

Art

Mərhum Xalq artisinin doğum günüdür - - FOTO/VİDEO

Bu gün mərhum Xalq artisti Nuriyyə Əhmədovanın doğum günüdür.

Publika.az xəbər verir ki, aktrisa 1950–ci il dekabrın 26-da Bakıda anadan olub. M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda aktyorluq fakültəsində təhsil alıb (1970–1974). İlk əmək fəaliyyətinə 1968-ci ildə Musiqili Komediya Teatrında başlayıb. Kinoya ilk gəlişi 1982–ci ildə "Mozalan" süjetlərində çəkildikdən sonra olub.

O, 2007-ci ildə Azərbaycanın Xalq artisti fəxri adına layiq görülüb. İki övladı olub: ilk övladı olan qızı İlahə 20 yaşında qətlə yetirilmiş, ikinci övladı olan oğlu Əli isə 37 yaşında xərçəng xəstəliyindən vəfat etmişdi. Qız övladından Faiq İbadzadə adlı nəvəsi var.

Nuriyyə Əhmədova 10 oktyabr 2015-ci ildə saat 04:30–da kəskin ürək tutmasından Bakıda vəfat edib. Vəsiyyətinə əsasən Şüvəlan qəbiristanlığında oğlunun və qızının məzarlarının yanında dəfn olunub.

Pərviz Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm