Avroviziya – 2018: İştirakçı ölkələr məlum oldu
Bizi izləyin

Art

Avroviziya – 2018: İştirakçı ölkələr məlum oldu

Portuqaliyanın paytaxtı Lissabon şəhərində keçiriləcək Avroviziya - 2018 mahnı müsabiqəsində 43 ölkənin təmsilçisi iştirak edəcək.

Report xəbər verir ki, beynəlxalq müsabiqədə iştirakını təsdiq etmiş ölkələr bunlardır:

Avstraliya, Avstriya, Azərbaycan, Albaniya, Ermənistan, Belarus, Belçika, Bolqarıstan, Macarıstan, Gürcüstan, Yunanıstan, Danimarka, İsrail, İrlandiya, İslandiya, Kipr, Latviya, Litva, Malta, Norveç, Niderland, Polşa, Rusiya, Rumıniya, San-Marino, Sloveniya, Serbiya, Ukrayna, Finlandiya, Xorvatiya, Monteneqro, Çexiya, İsveçrə, İsveç, Estoniya.

Həmçinin böyük beşlik ölkələri - İspaniya, Böyük Britaniya, İtaliya, Almaniya və Fransa 2017-ci ildə “Avroviziya”nın qalibi olmuş Portuqaliya ilə birgə birbaşa final mərhələsində iştirak edəcək.

Bu il Ukraynada keçirilən mahnı müsabiqəsinin qalibi Portuqaliya təmsilçisi Salvador Sobral olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm