Art
Kaliforniyada ADR-in 100 illiyinə həsr olunmuş konsert keçirildi - FOTO
ABŞ-ın Kaliforniya ştatının paytaxtı Sakramento
şəhərinin tarixi Müqəddəs Con Lüteran Kilsəsində (Saint John`s
Lutheran Church) 19 avqust 2018-ci il tarixində Azərbaycan
Demokratik Respublikasının 100 illiyinə həsr olunmuş konsert
proqramı keçirilib. Konsertdə azərbaycanlı vokalist Mərziyyə
Hüseynova və pianoçu Aida Elxanzadənin ifalarında Azərbaycan və
Avropa klassik musiqi əsərləri səsləndirilib.
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun dəstəyi və
Sakramentoda yaşayan Azərbaycan icmasının təşkilatçılığı ilə
keçirilən konsertdə Kaliforniya paytaxtının siyasi, iqtisadi, elm,
təhsil və mədəniyyət ictimaiyyətinin nümayəndələri, həmçinin KİV
təmsilçiləri iştirak ediblər.
Konsertdən öncə çıxış edən Sakramentodakı Azərbaycan icmasının
fəalı Şəbnəm Qafarova qonaqları salamlayaraq, bu cür önəmli
mədəniyyət tədbirinin Kaliforniyanın paytaxtında keçirilməsindən
çox məmnun olduğunu bildirib. O, Azərbaycan haqqında tədbir
iştirakçılarına məlumat verərək, ölkəmizin qədim tarixə, zəngin
mədəniyyətə və musiqiyə sahib olduğunu diqqətə çatdırıb.
Sonra çıxış edən Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun
konsulu Orxan Rüstəmli Azərbaycanın müstəqillik tarixi haqqında
ətraflı məlumat verərək, 100 il əvvəl, 28 may 1918-ci il tarixində
Azərbaycan xalqının tariximizin ilk respublikası olan Azərbaycan
Demokratik Respublikasını (ADR) yaratdığını və bu respublikanın
müsəlman dünyasında ilk dünyəvi və demokratik dövlət, eləcə də
qadınlara səsvermə hüququ verən ilk müsəlman ölkəsi kimi tarixə
düşdüyünü qeyd edib. O.Rüstəmli həmçinin ölkəmizin zəngin
mədəniyyəti və incəsənəti, xüsusilə Azərbaycan klassik musiqisi
barədə danışaraq, Azərbaycanın müsəlman dünyasında ilk opera,
operetta və baletin vətəni olduğunu vurğulayıb.
Daha sonra azərbaycanlı musiqiçilər M.Hüseynova və A.Elxanzadənin
ifalarında Azərbaycan və Avropa klassik musiqi əsərləri təqdim
olunub. Konsert tamaşaçılar tərəfindən gurultulu alqışlarla
qarşılanıb.
Tədbirdən qısa video-görüntülərə bu linkdə
baxmaq olar:
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
-
Sosial24 Oktyabr 22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya24 Oktyabr 22:12Kim Çen In ən böyük hədəfini açıqladı
-
Avropa24 Oktyabr 21:48Romada etirazçılar Kolizeyə girdilər
-
Magazin124 Oktyabr 21:36“Başqa kişidən uşaq dünyaya gətirmərəm“ - Röya Ayxan
-
Hadisə24 Oktyabr 20:48Ceyhunu qətlə yetirib qaçan Elmar dünya çempionu imiş - Video / Yeniləndi
-
Kriminal24 Oktyabr 20:00Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldı - - DTX-dən əməliyyat
-
Hadisə24 Oktyabr 18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto



























.jpg)









