Frankofoniya Həftələrinin bağlanışı qeyd edildi - FOTO
Bizi izləyin

Art

Frankofoniya Həftələrinin bağlanışı qeyd edildi - FOTO

Aprelin 21-də ölkəmizdə Frankofoniya Həftələrinin bağlanışı münasibətilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan Mədəniyyət Nazirliyinin, Fransanın Azərbaycandakı səfirliyinin və “Institut Français” institutunun Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə klassik musiqi axşamı keçirilib.

Publika.az xəbər verir ki, Fransanın ölkəmizdəki səfiri xanım Aureliya Buşez Frankofoniya Həftələrini Azərbaycan ictimaiyyətinin fransızdilli ölkələrin mədəniyyəti ilə tanış olmasında böyük rol oynayan mühüm hadisə kimi dəyərlədirib.

Səfir bu tədbirin yüksək səviyyədə təşkil olunmasına və keçirilməsinə göstərilən köməyə görə Azərbaycan Mədəniyyət Nazirliyinə minnətdarlığını bildirib.

A.Buşez diqqətə çatdırdı ki, bu gün məşhur fransız dirijoru Natali Moranın rəhbərliyi altında Azərbaycan Televiziyası və Radiosunun Niyazisi adına Simfonik Orkestrinin ifasında görkəmli alman bəstəkarı Robert Şumanın əsərləri səslənəcək. Səfir əlavə etdi ki, Natali Moranı istedadlı Azərbaycan pianoçuları Yeganə Axundova və Səid Tağızadə müşayiət edəcəklər.

Tədbir konsert proqramı ilə davam edib.

Xatırladaq ki, Bakıda Frankofoniya Həftələri martın 30-dan aprelin 15-dək Fransa, Belçika, Kosta-Rika, Yunanıstan, Macarıstan, Mərakeş, Meksika, Moldova, Rumıniya, İsveçrə, Estoniya, Litva və Latviyanın Azərbaycandakı səfirliklərinin, həmçinin Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin dəstəyi ilə keçirilib.

Frankofoniya Həftələri çərçivəsində filmlər nümayiş olunub, musiqi axşamları, sərgilər, müsabiqələr və başqa tədbirlər təşkil edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm