Heydər Əliyev Mərkəzinin parkında konsert təşkil edildi - FOTO
Bizi izləyin

Art

Heydər Əliyev Mərkəzinin parkında konsert təşkil edildi - FOTO

Mayın 10-da Heydər Əliyev Mərkəzinin parkında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum günü və Heydər Əliyev Fondunun 15 illiyi münasibətilə konsert proqramı təqdim olunub.

Publika.az xəbər verir ki, konsert proqramında Əməkdar artist Natiq Şirinovun “Natiq” ritm qrupu, “Rast” qrupu , Xalq artistləri Manana Caparidze, Faiq Ağayev, Zülfiyyə Xanbabayeva, Aygün Kazımova, Əməkdar artistlər Səbinə Babayeva, Abbas Bağırov, Sevda Ələkbərzadə, Röya Ayxan, Miri Yusif, tanınmış ifaçılar Xəyyam Nisanov, Günay İbrahimli, Zamiq Hüseynov, Sevda Yahyayeva, Azad Şabanov, Rauf Əhmədov və Mir Camal çıxış ediblər. Konsertdə Rusiyanın “S-BROTHER-S” DJ layihəsi tamaşaçılara maraqlı, çılğın anlar bəxş edib.

Estrada ulduzlarının səsləndirdikləri mahnı və kompozisiyalar alqışlarla qarşılanıb.

Tədbirdə, həmçinin Heydər Əliyev Fondunun 15 illik fəaliyyəti ilə bağlı videoçarx nümayiş olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm