“Azexport” satış portalının təqdimatı keçiriləcək
Bizi izləyin

Art

“Azexport” satış portalının təqdimatı keçiriləcək

10 oktyabr 2019-cu il tarixində saat 09:30-da Beynəlxalq Muğam Mərkəzində eksport imkanına malik yerli məhsullar haqqında məlumatlar təqdim edən “Azexport” satış portalının təqdimatı keçiriləcək.

Portal dünyanın ən populyar elektron satış şəbəkələri olan Amazon, Alibaba, Ebay kimi internet satış platformaları ilə inteqrasiya olunaraq Azərbaycan mallarını dünyaya sərgiləyir. Qeyd edək ki, artıq bir çox növ Azərbaycan istehsalı olan məhsulların bu platformalar vasitəsilə xaricə satışı həyata keçirilir.

Eyni zamanda portal Azərbaycanın mədəni və kreativ məhsulları olan rəssamlıq, sənətkarlıq, musiqi, nəşriyyat və digər növ məhsullarının da dünya bazarlarına çıxışı üçün əlverişli imkan yaradır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm