Art
Gənc pianoçumuz beynəlxalq müsabiqənin qalibi oldu
Azərbaycanlı Leyla Zeynalova Riqada keçirilən gənc pianoçuların VIII beynəlxalq müsabiqəsində uğurla çıxış edərək birinci olub. Onun ifaçılıq istedadı üç mükafata layiq görülüb.
Publika.az xəbər verir ki, pianoçumuz İohan Baxın musiqilərinin, latviyalı bəstəkar M.Drustenin “Folk Impression” əsərinin ən yaxşı ifaçısı kimi fərqlənməklə yanaşı, Almaniyanın Aynbek şəhərində keçiriləcək Qış Akademiyasına dəvət alıb və münsiflər heyətinin üzvü Gintaras Yanuşeviçyus tərəfindən təsis olunan daha bir xüsusi mükafatla təltif edilib.
Pianoçunun Riqadakı çıxışı ilə bağlı təəssüratlarını bölüşən musiqişünas, professor Zümrüd Dadaşzadə deyib: “Leyla Zeynalovanın adı musiqi ictimaiyyətinə yaxşı bəllidir. Nadir istedada malik Leyla Bülbül adına orta ixtisas musiqi məktəbində, eyni zamanda, iki – violin və fortepiano ixtisasları üzrə təhsil alıb. Onun qardaşı Rüstəm Zeynalov hazırda Moskva Konservatoriyasının aspirantıdır. Mən Leyla ilə 2017-ci ildə tanış olmuşam. Həmin vaxt Leyla istedadı ilə məni heyran etmişdi. Riqadakı müsabiqədə Leyla iki turda Bax, Şopen, Prokofyev, Ligeti, Drustenin əsərlərindən ibarət rəngarəng proqram təqdim edərək latviyalı dinləyiciləri və mütəxəssislərinin qəlbini fəth edə bildi”.
Prezident təqaüdçüsü olan L.Zeynalova hazırda Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının ikinci kurs tələbəsidir və professor Kəmalə Neymanovanın sinfində təhsil alır. O, bir sıra müsabiqələrin - Azərbaycan, Almaniya, İngiltərə, Estoniya, Belçika, Danimarkada keçirilən ifaçılıq yarışlarının laureatıdır.
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi