• USD 1,7000 0,00% EUR 1,8924 0,00%
    • GBP 2,2219 0,00% RUB 0,0276 0,00%

Təhlükəsiz istirahət vəd edən Afrika ölkələri

  • Art
  • 10 Dekabr 2019 06:45
  • 709 Baxış
Təhlükəsiz istirahət vəd edən Afrika ölkələri

Afrika narahat və hətta təhlükəli qitə reputasiyası qazanıb və bu fikir də əsassız deyil. Lakin qitədə qayğısız istirahət etməyi və sivilizasiyadan əvvəlki bakirə təbiəti görməyi vəd edən dinc ölkələr də var.

Publika.az
beynəlxalq təhlükəsizlik reytinqi əsasında qaradərili Afrikanın ən təhlükəsiz ölkələrini təqdim edir.

Botsvana

Təhlükəsizlik reytinqində 41-ci yeri tutur. Materikin cənubunda yerləşən bu ölkə yalnız varlı turistlərin cibinə görədir. Bura, ilk növbədə, bənzərsiz təbiət parklarını görmək üçün gəlirlər. Kalaxari səhrası, buşmenlər adlanan qədim xalqın yaşadığı kəndlər, Okavanqo çayının deltası, Tsodila qayalı təpəlikləri, fillərin paytaxtı – Çobe parkı: bütün bunlar uzunmüddətli səyahətə dəyər.

Yerli əhali turistlərə mehriban münasibət bəsləyir. Amma turistlər yerli əhali ilə adətən ölkənin paytaxtı Qaborone şəhərində qarşılaşır. Qoruqlarda insanlar yaşamır.

Zambiya

Botsvanın qonşusu olan Zambiya təhlükəsizlik reytinqində ikinci yeri tutur. Bu ölkə Zamvezi çayında böyük soma-vundu tutmaq istəyən balıqçıların sevimli məkanıdır. Turistlərin çoxu aborigenlərin “Guruldayan tüstü” adlandırdıqları Viktoriya şəlaləsini, gözəllər gözəli Kariba gölünü, Kafue, Louer Zambezi təbiət parklarını görməyə tələsir. Zambiyaya vizanı konsulluqda və ya sərhəddə almaq olar. Paytaxt Lusakaya Amsterdamdan getmək daha rahatdır. Botsvanadan fərqli olaraq, burada otellərin keyfiyyəti aşağıdır, lakin səyyahlar bura xidmətin səviyyəsinə görə deyil, unudulmaz təəssüratlar üçün gəlirlər.

Namibiya

Qitənin cənub-qərbində yerləşən bu ölkə təhlükəsizlik reytinqində 53-cü yeri tutur. Burada səhra okeanla görüşür, vəhşi təbiət isə hər zövqə uyğun keyfiyyətli otellərin əhatəsindədir. Skeletlər sahili çoxsaylı gəmi qəzaları barədə xatirələri qoruyub saxlayır, axı zəngin almaz yataqları daim bura avantüristləri cəlb edib. Lakin Skeletlər sahilindən başqa da Namibiyada baxılası yerlər çoxdur.

Qırmızı rəngli qum təpəlikləri olan Sossufley düzənliyi, böyüklüyünə görə ikinci sayılan Fiş-River kanyonu, qədim Namib səhrası, duzlu gölü və əfsanəvi meşəsi olan Etoşa parkı. Faydalı xüsusiyyətləri ilə məşhur olan moringa ağacı məhz bu parkın ərazisində bitir. Gördüyünüz gözəllikləri əbədiləşdirmək üçün özünüzlə yaxşı fotoaparat götürməyi unutmayın. Namibiyaya viza tələb olunmur, lakin birbaşa gəlmək də mümkün deyil. Bu ölkəyə yalnız Frankfurt, Doha və ya Əddis-Əbəbədən getmək olar.

Afrikaya səyahət etmək istəyənlərə, ilk növbədə, malyariyaya və sarı qızdırmaya qarşı peyvənd etmək məsləhət görülür.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR