
Azərbaycanın teatr və kino aktyoru, Xalq artisti Əjdər Həmidov vəfat edib.
Bu barədə Publika.az-a Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı məlumat verib.
O, Əjdər Həmidovun bir neçə saat əvvəl Kliniki Tibbi Mərkəzdə vəfat etdiyini deyib:
"Bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilmişdi, insultdan əziyyət çəkirdi. Allah rəhmət eləsin, ruhu şad olsun. Əlvida, sənətkar!".