“Bu mahnılar artıq Azərbaycana məxsus deyil” – Rəşid Behbudovun kürəkəni
Bizi izləyin

Art

“Bu mahnılar artıq Azərbaycana məxsus deyil” – Rəşid Behbudovun kürəkəni

“Bu mahnılar artıq Azərbaycana məxsus deyil” – Rəşid Behbudovun kürəkəni

Əfsanəvi sənətkar Rəşid Behbudovun mahnılarının müəllif hüquqları ilə bağlı problem yaşandığı bildirilib.

Publika.az Axşam.az-a istinadla xəbər verir ki, bu barədə mərhum sənətkarın kürəkəni Kamil Şahverdiyev “Astar” layihəsinin qonağı olarkən danışıb.

O bildirib ki, Rəşid Behbudovun mahnılarının hüquqları müxtəlif ölkələrdəki şəxslər tərəfindən mənimsənilib və bir sıra ölkələrə satılıb:

“Bu dəqiqə müəllif hüququ olaraq Rəşid Behbudov Azərbaycana məxsus deyil. Bəzi işbazlar Türkiyədə bizim yerlilərlə hörümçək toru qurublar. Qondarma sənədlərlə mahnıları mənimsəyiblər. Türkiyədən İngiltərəyə, İngiltərədən Amerikaya, Amerikadan Yunanıstana satılıb. Biabırçı bir vəziyyətdir. Çalışırıq bunun yekununa çıxaq.

2019-cu ildə Rəşid Behbudovun adını daşıyan Yutub kanalı yaratdıq. Kanal inkişaf edərək 300 milyondan çox baxış topladı və 72 ölkədən izləyici cəlb etdi. Lakin bir müddət sonra müəllif hüquqları ilə bağlı şikayətlər daxil olmağa başladı. Yutub məsələni ətraflı araşdırmadan müəllif hüquqlarının pozulduğunu əsas gətirərək kanalı bağladı.

Problemi həll etmək üçün müxtəlif şəxslərə müraciət etsək də, nəticə əldə edə bilmədik. Daha sonra AzTV ilə müqavilə imzalandı və müvafiq rəsmi sənəd göndərildi. Bundan sonra bəzi şəxslər geri çəkildi. Uzun müddət davam edən araşdırmalardan sonra müəllif hüquqlarının Rəşidə xanıma (Rəşid Behbudovun qızı Rəşidə Rəşidə – red.) aid olduğunu təsdiqləyən sənəd əldə etdik. İş davam edir“.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm