Kataloniya liderinin həbs müddəti uzadıldı
Bizi izləyin

Avropa

Kataloniya liderinin həbs müddəti uzadıldı

Almaniya məhkəməsi sabiq Kataloniya hökumətinin başçısı Karles Puçdemonun həbs müddətini uzadıb.

Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Almaniyanın Noymünster şəhər məhkəməsi qərar çıxarıb.

Bundan sonra məhkəmə sabiq Kataloniya rəhbərinin İspaniyaya ekstradisiya olunması məsələsinə baxacaq.

Qeyd edək ki, Finlandiyadan Belçikaya gələn K. Puçdemon ötən gün Almaniyanın Danimarka ilə sərhədində Almaniya polisi tərəfindən saxlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm