Restoranda qaz balonu partladı: 15 nəfər xəsarət aldı
Bizi izləyin

Avropa

Restoranda qaz balonu partladı: 15 nəfər xəsarət aldı

İsveçrənin Cenevrə şəhərindəki restoranlardan birində qaz balonunun partlaması nəticəsində 15 nəfər xəsarət alıb.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə şənbə günü günorta saat 12 radələrində baş verib. Xəsarət alanlar restoran müştəriləri və əməkdaşları olublar. Partlayışın gücündən binanın şüşələri qırılıb.

Hadisə nəticəsində 8 nəfər xəstəxanaya yerləşdirilib, digərlərinə hadisə yerində tibbi yardım göstərilib.

Partlayışın səbəbləri araşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm