Aİ ABŞ mallarına rüsumlar tətbiq edəcək
Bizi izləyin

Avropa

Aİ ABŞ mallarına rüsumlar tətbiq edəcək

Avropa İttifaqı ABŞ-ın polad və alüminiumun idxal rüsumları ilə bağlı verdiyi qərara cavab tədbirləri görəcək.

Bu barədə Avropa Komissiyasının rəhbəri Jan Klod Yunker deyib.

“Aİ ABŞ-ın birtərəfli qaydada tətbiq etdiyi tarifləri əsassız və Ümumdünya Ticarət Təşkilatının qaydalarına zidd olduğunu hesab edir. Bu açıq-aydın proteksionizmdir”, - deyə Yunker qeyd edib.

Onun sözlərinə görə, poladtökmə sahəsində bolluq probleminin həlli üçün Avropa Komissiyası son aylar ABŞ-la daim sıx əməkdaşlıq edir. Yunkerin sözlərinə görə, Aİ bu çətinliklərin mənbəyi deyil, əksinə, eyni səviyyədə onlardan əziyyət çəkir.

“Biz hüquqlarımızı beynəlxalq Ticarət hüququnun tələblərinə tam uyğun şəkildə qoruyacağıq”. (APA)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm