Putin və Tramp bu dövlətin bölünməsi barədə razılaşdılar - ŞOK İDDİA
Bizi izləyin

Avropa

Putin və Tramp bu dövlətin bölünməsi barədə razılaşdılar - ŞOK İDDİA

Rusiya prezidenti Vladimir Putin və Amerika lideri Donald Tramp Helsinkidə keçirilən sammitdə Kosovo məsələsi üzrə öz mövqelərini uyğunlaşdırıblar.

Publika.az xəbər verir ki, bu haqda diplomatik mənbələrə istinadən “Gazeta Express” nəşri yazıb.

Onların məlumatına görə, ABŞ prezidenti qismən tanınmış dövlətin bölünməsinə yaşıl işıq yandırıb. Bildirilir ki, onun administrasiyası torpaqların bir hissəsinin verilməsinin müqabilində Kosovanın Serbiyadan müstəqilliyinin tanınmasını doğru hesab edir.

Qəzet yazır, əvvəlki prezidentlərlə (Trampın sələfləri Kosovonun sərhədlərinin dəyişməsini mümkünsüz hesab edirdi) müqayisədə Trampın baxışlarındakı dəyişiklik milli təhlükəsizlik üzrə ABŞ prezidentinin məsləhətçisi postuna Con Boltonun gəlişi ilə bağlıdır. Göstərilir ki, o, BMT-də ABŞ-ın daimi nümayəndəsi olduğu vaxtdan anti-Kosova baxışları ilə məşhurdur.

Qeyd edək ki, Helsinki sammiti iyulun 16-da keçirilib. Bu, Amerika və Rusiya prezidentlərinin birinci tam formatlı görüşü idi. Görüş bağlı qapılar arxasında 2 saatdan çox davam edib. Hər iki lider danışıqları müsbət qiymətləndirib.

Kosovo respublikası Balkan yarımadasında qismən tanınmış dövlətdir. Əhalinin əsas hissəsi albanlardır. Serbiya bölgənin Serbiyanın daxilində olan Kosovo və Metoxiya muxtar vilayəti kimi tanıyır. Hazırda Kosovonun müstəqilliyini 111 ölkə tanıyıb. ABŞ Kosovonun müstəqilliyi tanıyır, Rusiya isə tanımır.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm