İspan sərhədçiləri miqrantları belə qarşıladılar - DƏHŞƏTLİ GÖRTÜNTÜLƏR
Bizi izləyin

Avropa

İspan sərhədçiləri miqrantları belə qarşıladılar - DƏHŞƏTLİ GÖRTÜNTÜLƏR

Avropa İttifaqı miqrasiya böhranının həlli üçün sərhədlərinin gücləndirilməsi istiqamətində bir sıra addımlar atmasına baxmayaraq, miqrantların qitəyə axınının qarşısını almaq cəhdləri nəticə vermir.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, təxminən 600 miqrantın Mərakeşdən İspaniyanın Seut bölgəsində keçməsinin görüntüləri yayılıb.

Görüntülərə görə, miqrantlar sərhədi tikanlı məftillərin olduğu hasarın üzərindən və təhlükəsizlik kameralarının olmadığı yerdən keçirdilər.

Qeyd edək ki, Avropada miqrasiya böhranı Yaxın Şərq və Şimali Afrikadakı münaqişələrlə əlaqədar 2015-ci ildə başlanıb. Bəzi ölkələr miqrant axınına qarşı çıxış etdilər. Eyni zamanda Almaniya miqrantları maksimum sayda qəbul etməyə çalışırdı. Ölkə həmin vaxtdan 1,5 milyon miqrant qəbul edib.

Miqrasiya üzrə Beynəlxalq Təşkilatın məlumatına görə, 2017-ci ildə İtaliya dəniz yoluyla gəlmiş 119 mindən çox miqrant qəbul edib.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm