Kreml qaranlığa QƏRQ OLACAQ, bütün Rusiya... - Hücum planı ORTAYA ÇIXDI
Bizi izləyin

Avropa

Kreml qaranlığa QƏRQ OLACAQ, bütün Rusiya... - Hücum planı ORTAYA ÇIXDI

Böyük Britaniyanın hərbi komandanlığı Rusiyaya qarşı kiberhücumu həyata keçirməyə və Moskvanı elektrik enerjisiz qoymağa hazırdır.

Publika.az xəbər verir ki, bu haqda krallığın təhlükəsizlik xidmətlərində çalışan yüksək vəzifəli mənbəyə istinadən “The Sunday Times” nəşri bildirib.

Onun sözlərinə görə, belə ssenari qərb ölkələrindən birinə hücum halında həyata keçiriləcək.

Qəzet əlavə edir ki, bu istirahət günlərində Omanda təxminən 5,5 min Britaniya hərbi qulluqçusu təlim keçir. Onlar hibrid müharibənin aparılması üzrə Rusiya tankları və ya silahlı birləşmələri ilə istənilən qarşıdurmaya hazırlaşırlar.

Daha əvvəl Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin başçısı Ceremi Hant Rusiyanın hərbi kəşfiyyatını kiberhücumların təşkilində ittiham edib və müttəfiqlərlə birlikdə cavab verməyə söz verib. Sentyabrın sonunda isə Böyük Britaniya Rusiyanın dayandırılmasın üçün kiber mərkəzin yaradıldığını elan edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm