Bu ölkədə Rusiya meyillilər hakimiyyətə gəlir
Bizi izləyin

Avropa

Bu ölkədə Rusiya meyillilər hakimiyyətə gəlir

Latviyada keçirilən parlament seçkilərinin ilkin nəticələri açıqlanıb.

Publika.az CNN-ə istinadən xəbər verir ki, səslərin sayıldığı ilk mərhələdə Rusiya meyilli “Uzlaşma” Partiyasının 19,4 faiz toplayaraq lider olduğu məlum olub. Onları Avropa Birliyinə meyili ilə tanınan “For Latvias” partiyası 13,4 faiz səslə izləyir.

Qeyd edək ki, daha əvvəlki seçkilərdə də Rusiya meyillilər üstün olmuşdu. Həmin vaxt “Uzlaşma” partiyası 23,3 faiz səs toplasa da digər siyasi təşkilatlar birləşərək onların hökumət kabineti formalaşdırmasına imkan verməmişdi. Lakin bu dəfə "Uzlaşma"nın seçkilərdə 11,5 faiz səs toplayan KPS partiyasının dəstəyini qazancağı proqnozlaşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm