Məhbuslar həbsxanadan qaçdı - Afinada
Bizi izləyin

Avropa

Məhbuslar həbsxanadan qaçdı - Afinada

Afinanın Koridallos həbsxanasından iki məhbus qaçıb.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Yunanıstanın Ədliyyə Nazirliyi məlumat yayıb.

"Yanvarın 2-si səhər Koridallos istintaq təcridxanasından iki məhbusun qaçışı baş verib, yunan polisi onların axtarışı ilə məşğuldur", - deyə məlumatda bildirilir.

Məlumata görə, həbsxanadan qaçanlar alban əsilli iki qardaşdır. Onlar yaşlı insanlara qarşı silsilə qarət əməllərinə görə həbs olunublar. Qardaşlar əvvəlcə qaldıqları otağın dəmir qəfəsini mişarla kəsiblər, daha sonra həbsxananın daxili həyətinə çıxmağa, oradan isə çanta hissələrindən hazırlanmış kəndirə qarmaq taxaraq hasarı aşmağa müvəffəq olublar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm