Avropa
Ankara ilə Dəməşq arasında İLK ANLAŞMA: "Türkiyə mütləq mövqe tutacaq"
61 illik Baas rejiminin devrilməsindən sonra Bəşər Əsəd Rusiyaya sığındı. Əsədin devrilməsindən sonra Türkiyə ilə Suriya arasında diplomatik təmaslar sürətləndi.
Publika.az xəbər verir ki, Türkiyənin nəqliyyat naziri Abdulkadir Uraloğlu Ankara ilə Dəməşq arasında imzalanacaq yeni anlaşmanın detallarını açıqlayıb.
Nazir Suriyanın Aralıq dənizinə açılan əhəmiyyətli bir qapı olduğunu deyib.
"Suriya limanlarının demək olar ki, inkişaf etmədiyini bilirik. Biz yəqin ki, müəyyən sərmayələr yatırmaq üçün müəyyən qərarlar və səylər göstərəcəyik. Yəqin ki, gələcəkdə "Dəniz səlahiyyətləri müqaviləsi" imzalanacaq və biz Şərqi Aralıq dənizində öz maraqlarımızı qorumaq üçün mütləq mövqe tutacağıq", - Uraloğlu bəyan edib.
Nazir anlaşmanın Türkiyə üçün faydalarından danışıb:

"Belə bir müqavilə həm Suriyanın, həm də bizim fəaliyyət sahəmizi və ya səlahiyyətlərimizi genişləndirir. Biz hər cür neft və karbohidrogen kəşfiyyatı ilə bağlı beynəlxalq hüququ nəzərə alaraq hər iki ölkənin səlahiyyətlərini bölüşürük və ya genişləndiririk. Əlbəttə, Livan var, İsrail var. Təbii ki, biz onları nəzərə alaraq, bizə ən yaxın olan coğrafiyanı - Suriyanı nəzərdən keçirərkən, bu bölgənin tamamilə iki ölkənin aydın nəzarəti altında olduğunu nəzərə alacağıq. Bunun üçün səlahiyyətin verilməsi lazımdır".
Hüseyn İbadlı
-
İdman11:48Türkiyəli dizayner "Qarabağ" üçün yeni loqo təklif etdi: Elə yox, belə olsun - FOTOLAR
-
Rəsmi xronika11:23Prezident qəbul keçirdi - FOTO
-
Region11:00Paşinyan: Cəhənnəmdən keçib gəldik - Bu, həm Ermənistan, həm də Azərbaycan üçün...
-
Dünya10:06Sülh olmayacaq: Zelenski "torpaq verilməyəcək" dedi
-
Ekologiya09:12Bu ərazilərə qar yağır - FAKTİKİ HAVA
-
Magazin208:36Yaxtada salto atan məşhur ulduz xəsarət aldı - VİDEO
-
Dünya08:12Canavar dörd aylıq körpəni PARÇALADI
-
İdman06:46Məhkəmə sabiq futbolçu ilə bağlı həbs qərarı verdi
































.jpg)






