Avropa
Bu Avropa ölkəsi 200 gündür hökumət qura bilmir
3 rəsmi dili olan və bir çox etnik qrupların yaşadığı Belçikada 200 gündür hökumət qurulmayıb. Ölkə federal parlament sistemi ilə idarə olunur və 6 fərqli bölgədə 6 fərqli hökumət var.
Publika.az xəbər verir ki, federal sistemlə idarə olunan Qərbi Avropa ölkəsi Belçika tarixində dəfələrlə yaşandığı kimi, hökumətin qurulmasında növbəti dəfə böhran müşahidə olunur.
Başda Avropa İttifaqı (Aİ) və NATO olmaqla bir çox beynəlxalq təşkilatlara ev sahibliyi edən, təxminən 12 milyon əhalisi olan bir ölkədə hökumət qurma prosesi bir-birinin ardınca rekordlar qırılması ilə dünyanın gündəmini zəbt edir.
Ölkə 1979-cu il seçkilərindən sonra 107 gün, 1988-ci ildə 148 gün, 2007-ci ildə 194 gün, 2010-cu ildə 541 gün və 2019-cu il seçkilərindən sonra 652 gün hökumətsiz qalıb.
Belçika hətta sülh dövründə hökumətsiz ən uzun müddət kateqoriyasında “Ginnesin Rekordlar Kitabı”na düşüb.
Dörd ildən bir keçirilən ümumi seçkilər bu il iyunun 9-da Avropa Parlamentinə seçkilərlə eyni tarixdə baş tutub.
Son illərdə Avropa siyasətində görülən sağa keçid, radikal millətçi Yeni Flamand Alyansının (N-VA) federal səviyyədə 16,71 faiz səslə birinci olduğu Belçikada keçirilən sorğunun nəticələrinə də təsir edib.
Qeyd edək ki, Belçikanın federal parlamentində 150 yer var və bir partiya təkbaşına hakimiyyətə gəlmək üçün ən azı 76 yer qazanmalıdır.
Qalib partiyalar bu çoxluğu əldə edə bilmədiyi üçün hökuməti qurmağın yeganə yolu koalisiyadır.
Aysel Şahmar
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular






































.jpg)

.jpg)